Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında  8 Mart Beynəlxalq qadınlar gününə həsr olunmuş “Dünyanı işıqlandıran günəş—Qadın!” adlı tədbir keçirilib.

İlk olaraq tələbələrimiz filialın direktoru dosent Tünzalə Yusifova başda olmaqla, kollektivin bütün qadın üzvlərini bu əlamətdar gün münasibətilə təbrik edib.

Filialın tələbələrinin hazırladığı videoçarxın nümayiş olunması ilə tədbir açıq elan olunub. Ardınca tələbələrimizin təqdimatında bir-birindən maraqlı çıxışlar, ifalar, şeirlər və səhnəciklər təqdim olunub.

Tədbirdə həmçinin Ulu öndər Heydər Əliyevin cəmiyyətdə qadının tutduğu mövqe ilə bağlı müdrik fikirlərindən bəhs olunub. Bundan əlavə tələbələrimizin ifasında “Bəxt üzüyü”, “Qaynana” filmlərindən maraqlı səhnəciklər nümayiş olunub.

Sonda filialın direktoru, dosent Tünzalə Yusifova çıxış edərək bütün qadınları 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi. Qeyd etdi ki, Azərbaycan qadınına ən yüksək qiyməti məhz Ulu öndər Heydər Əliyev verib. Bunu qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsininUlu öndərimiz Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılmasında aydın şəkildə görə bilərik. Məhz bunun nəticəsidir ki, Azərbaycanda qadınlar hər zaman yüksək şəkildə dəyərləndirilir və onlar cəmiyyətin inkişafındakı əvəzedilməz rolu oynayır.

Daha sonra tədbir xoş musiqi sədaları ilə davam edib.

    Paylaşın: