ADPU-nun Şamaxı filialında Aprel döyüşləri şəhidləri anılıb.

Filialda Kitabxana və elektron resurslar şöbəsinin təşkilatçılığı ilə Aprel döyüşləri şəhidlərinə həsr olunmuş güşə hazırlanıb. Şöbənin  müdiri Vəsilə Razimi, Sosial və xüsusi məsələlər üzrə direktor müavini Şəlalə Seyidova Aprel döyüşləri haqqında geniş çıxış edərək tələbələri məlumatlandırdı.

Son olaraq torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

    Paylaşın: