Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının Direktor Şurasının 13 sentyabr 2018-ci il tarixli iclasının qərarı ilə (protokol № 1) təsdiq edilmişdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı 2018-2022-ci illər üzrə STRATEJİ İNKİŞAF  PLANI

                                           Şamaxı-2018

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 

Şamaxı filialı

2018-2022-ci illər üzrə STRATEJİ İNKİŞAF PLANI

 

Şamaxı-2018

 

Ön söz

 

Təhsil hər bir dövlətin strateji inkişafı ilə üzvü surətdə bağlı olan sahədir. Dünyanın bir çox inkişaf etmiş ölkələrinin mövcud inkişafının dayanıqlılığının kökündə elm və təhsilə ayırdığı yüksək diqqət dayanır. Bu gün dünyada ən vacib və strateji əhəmiyyətli dəyər, yüksək ixtisaslı insan resurslarına və kapitalına malik olmaq dayanır. Azərbaycan Respublikası Hökuməti bu fikirləri qəbul edərək, müstəqilliyinin əsas dayaqlarından biri kimi milli təhsil sistemini inkişaf etdirməyi və dünyanın qabaqcıl ölkələri ilə rəqabət apara biləcək səviyyəyə qaldırmağı hədəfləyir. Bu prosesdə əsas məsələlərdən biri təhsilverənlərin, xüsusilə, məktəbəqədər, ibtidai və orta təhsildə daha peşəkar müəllimlərin çalışmasına nail olmaqdır.

Müstəqillik əldə edildikdən sonra təhsil sistemində baş verən bəzi çətinliklər, həyata keçirilən islahatlarla ayaqlaşmaqda, müasir çağırışları cavablandırmada ADPU-nun Şamaxı filialı da mühafizəkar davranmışdır.

Hazırda ADPU-nun Şamaxı filialında bakalavr təhsil səviyyəsində 518 nəfər tələbə təhsil alır və onlara 48 nəfər akademik və 59 nəfər inzibati heyət xidmət göstərir.

Dövlətin uğurlu təhsil siyasəti nəticəsində filialın yeniləşməsinin, təhsilin keyfiyyətinin daha da yaxşılaşmasının, işçi heyətin daha da optimallaşmasının, strukturun və infrastrukturun daha da təkmilləşməsinin şahidi oluruq. Amma daha uzunmüddətli və davamlı inkişafa nail olmaq üçün strateji inkişaf üzrə fəaliyyət planının olması zəruri olmuşdur.

ADPU-nun rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasını, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” adlı Fərmanı və Peşə təhsili üzrə Strateji Yol Xəritəsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”ni əsas götürərək yerli və beynəlxalq ekspertlərin ADPU-da apardığı tədqiqatların nəticələrində verdiyi təklifləri nəzərə alaraq “ADPU-2022” Strateji İnkişaf Planını hazırlamışdır. Bu plana əsasən də ADPU-nun Şamaxı filialının “Strateji İnkişaf Planı” hazırlanmışdır.

 

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının Strateji Bəyannaməsi

 

 

 

  1. ADPU-nun Şamaxı filialının missiyasıMilli şüura malik, tədqiqatçı, məhsuldar, dərindüşüncəli, elmə, insan hüquqlarına hörmət edən, yaradıcı və innovativ fərdlər-pedaqoqlar yetişdirmək; Təhsil, tərbiyə, araşdırma və s. digər elmi tədbirlər vasitəsilə cəmiyyətin texnoloji, sosial-iqtisadi və mədəni səviyyəsinin yüksəldilməsinə töhfə vermək.

 

  1. ADPU-nun Şamaxı filialının gələcəyə baxışı (Vizyonu)Beynəlxalq standartlara cavab verəntədqiqatçı-müəllim hazırlığını peşə təhsilinin əsasları, ixtisas və innovasiyalar istiqamətində həyata keçirmək.

 

  1. ADPU-nun Şamaxı filialının əsas dəyərləri:

 

  • Bütövlük/ şəffaflıq:ədalətli, vicdanlı və etik şəkildə davranmaq, filialın bütün fəaliyyət və qərar qəbulu proseslərində güvən mədəniyyətini yaratmaq.

 

  • Mükəmməllik: davamlı olaraq yüksək keyfiyyətli proqramlar, tədris, xidmət vətəqaüd imkanları təqdim etməklə cəmiyyətin inkişafına xidmət göstərmək.

 

  • İnnovasiya: fərdi yaradıcılıq vəkreativliyi təşviq etməklə ideyaların inkişafını nəzərə almaq və dəstəkləmək, karyerada yüksəlmə və dəyişməyə, dinamikaya imkan verən mühit yaratmaq.

 

  • Cavabdehlik: filiala  ayrılmış resursları səmərəli idarəetməklə akademik, proqram və maliyyə bütövlüyünü və dəyərini təmin etmək.

 

  • Ehtiram: bütün fəaliyyət vəqərar qəbulunda kollektiv olaraq hər kəsə insani, açıq və peşəkar yanaşmaq və müxtəlifliyə açıq olmaq.

 

  • Əməkdaşlıq: komanda işi, korporativ mədəniyyət, iştirakçılıq, ideya vəperspektivlərin müxtəlifliyinə dəyər verməklə ümumi məqsədlər uğrunda filialın yerli (milli), regional və qlobal səviyyədə digər tərəfdaşlarla əməkdaşlığı.

 

  1. ADPU-nun Şamaxı filialının əsas hədəfləri:

 

  • Tələbələr üçün filial məmnunluğunu gücləndirmək (tələbə məmnunluğu sorğuları, müəllimlərin qiymətləndirilməsi kimi metodlar vasitəsilə)

 

  • Tələbə nəticələrini yüksəltmək (filialdan kənar imtahanlardan keçid səviyyəsi, işlə təmin olunma, ixtisasların qəbul yerlərinin dolma səviyyəsini və s. ölçməklə)

 

  • Filiala yüksək bacarıqlara malik tələbələri cəlb etmək (filiala qəbul ballarının əsasında) və filiala yüksək balla qəbul olunan tələbələrin bacarıqlarının tədqiqat-innovasiya istiqamətində inkişafına nail olmaq.

 

  1. ADPU-nun Şamaxı filialının şüarı:Ənənələrə sadiq, yeniliklərə açıq !

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin

 

Loqosunun rəsmi izahı

Bu loqo müasir Azərbaycan pedaqoji təhsilinin əsas çalarlarını və prinsiplərini özündə ehtiva edən, ADPU-nu təmsil etmək məqsədi ilə istifadə edilən qrafik işarələrdən ibarət olan rəsmi simvoldur.

Loqonun mərkəzindəki açıq kitab təhsilin fasiləsizliyini, daimiliyini və dünyaya açıq olduğunu ifadə edir.

Kitabı dövlət bayrağımızın rənglərinə boyanmış aypara əhatə edir. Bu rənglər loqoda Azərbaycan Respublikasının dövlət bayrağındakı mənasını təhsilimizdə millilik, dünyəvilik və əxlaqi-mənəvi dəyərlərə sadiqlik prinsiplərini əks etdirmək üçün istifadə olunub. Bu görüntü təhsilin gələcək nəsli Azərbaycançılıq məfkurəsində tərbiyə etmək kimi əsas vəzifəsinə eyham vurur.

Kitabın üstündə iki bərabəryanlı düzbucaqlı üçbucağın yaratdığı kvadrat təhsilin inteqrativliyini, tamlığını, varisliyini və davamlılığını əks etdirir. Üçbucaqlardan biri universitetin keçmişini, ikincisi gələcəyini, ikisi bir yerdə isə bu gününü əks etdirir.

Loqo isə təhsilin keyfiyyətlilik prinsipinə əsaslanan qüdrətini və gücünü əks etdirən qızılı rəngli əsas dairə ilə tamamlanır. Onun üzərində universitetin tam adı və yaranma tarixi olan 1921-ci il qeyd olunub. 1921 yazısının sağındakı və solundakı səkkizguşəli ulduz Azərbaycan Respublikasının dövlət bayrağındakı müvafiq simvolun mənasını daşıyır və loqonun mənalanmasını təmin edir.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının 2018-2022-ci illər üzrə STRATEJİ İNKİŞAF PLANI

 

Tədris və ümumi idarəçilik işləri üzrə

 

Görülən işin məzmunuİcra müddətiMəsul struktur bölməsiQeyd
1ADPU-nun Şamaxı filialında fəaliyyətinin nəticələrinə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik idarəetmə sisteminin formalaşdırılması və filialın idarə edilməsinin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulması. Filialda  yerli və beynəlxalq təcrübə əsasında müasir idarəetmə sisteminin təkmlləşdirilməsiMüntəzəmDirektorluqStruktur bölmələri ilə birgə
2ADPU-nun Şamaxı filialının təhsil-tədqiqat-innovasiya mərkəzinə çevrilməsini və filialda rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən yeni standartların tətbiqi2018-2022Tədris və tələbə şöbəsi,

dekanlıq və kafedralar

Tədris və elmi işlər üzrə prorektorla birgə
3ADPU-nun Şamaxı filialında təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə Reytinq qiymətləndirmə sisteminin yaradılması2018-2022Tədris və tələbə şöbəsi

dekanlıq və kafedralar

Filialın Keyfiyyət

Komissiyası ilə birgə

4ADPU-nun Şamaxı filialında əmək bazarının tələbatına uyğun kadr hazırlığını (xüsusilə ümümtəhsil müəssisələrinin) təmin etmək məqsədi ilə tələbatın öyrənilməsi və ehtiyacların qarşılanmasıMüntəzəmTədris və tələbə şöbəsi,

dekanlıq və kafedralar

Tədris və elmi işlər üzrə

direktor müavini ilə birgə

5Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması, orta ümumtəhsil məktəblərinin müəllimlərinin öz işlərindən və tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılmasıTədris ilindəTədris və tələbə şöbəsi, kafedralarTədris və elmi işlər üzrə

direktor müavini ilə birgə

6ADPU-nun Şamaxı filialında əməkdaşların maddi motivasiyasının yaxşılaşdırılması məqsədilə səriştə və nəticə əsaslı differensiallaşdırılmış rəqabətqabiliyyətli əmək haqqı və müxtəlif stimullaşdırıcı paketlər sisteminin yaradılması 2018-2022DirektorluqFilialın Keyfiyyət

komissiyası

7ADPU-Şamaxı filialında Reytinq qiymətləndirməsinin mahiyyəti, tələbələr arasında sorğuların keçirilməsi ilə bağlı maarifləndirmə tədbirlərin həyata keçirilməsi2018-2022DekanlıqKafedralarla birge
8Filialda tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsinin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmasıMüntəzəmTədris və tələbə şöbəsiDekanlıqla birgə
9Tam orta təhsil səviyyəsində təhsil müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsi ilə əlaqədar olaraq filialda kadr hazırlığı həyata keçirilən ixtisasların ekspertizası və gələcək ehtiyacları nəzərə alınaraq prioritet sahələr üzrə kadr hazırlığını təmin edəcək müvafiq dəyişikliklərin edilməsiMüntəzəmDirektorluqMüvafiq  struktur bölmələrlə birgə
10Təhsil Nazirliyinin ümumtəhsil məktəblərinin müəllimlərinin işə qəbul müsabiqələrinin filial üzrə nəticələrinin digər ali məktəblərlə müqayisəli təhlil edilməsiMüntəzəmDirektorluqTədris və elmi işlər üzrə

direktor müavini ilə birgə

11Müəllimlərin tədris keyfiyyətinin müəyyənləşdirilməsi üçün tələbə qiymətləndirmə sorğusunun keçirilməsiHər ilin mart və oktyabr aylarındaKeyfiyyət komisiyyasıDekanlıqla birlikdə
12ADPU-nun Şamaxı filialının 2018-2022-ci illər üzrə Strateji inkişaf Planının, eləcə də, hər tədris ili üzrə illik iş planının icrasına nəzarət və 2025-ci ilədək əsas hədəflərin, məqsədlərin müəyyən olunmasıMüntəzəmKeyfiyyət komisiyasıƏlaqədar struktur bölmələri ilə birlikdə
13Kafedraların əsasnaməsinin hazırlanması və təsdiq üçün təqdim

edilməsi

 2018KafedralarFilialın Əsasnaməsi əsasında
14Kafedraların iş planının hazırlanması və təsdiq üçün təqdim edilməsiİllər üzrəKafedraElmi şurada
15Bakalavr səviyyələrində tədris olunan fənlərin siyahısının tərtib olunması və fənlərin kafedralar üzrə dəqiq bölgüsünün aparılması (yəni hansı fənnin tədrisi,direktorun hansı əmriylə hansı kafedraya həvalə olunmuşdur).Hər ilin iyun ayıTədris və tələbə şöbəsiDekanlıq və kafedralarla birlikdə
16Kafedraların konkret hədəfləri və gələcək inkişaf planlarının hazırlanması (kafedranın inkişaf hədəfləri və onların əsas xüsusiyyətlərinin izahı)SentyabrTədris və tələbə şöbəsi

və kafedralar

Tədris və elmi işlər üzrə

direktor müavini ilə birgə

17Kafedrada tədris olunan fənlər arasında inteqrasiyaya nail olunması-müxtəlif fənlərin tədrisində müəyyən mövzuların təkrar olunmasının qarşısının alınması2018-2022

 

Tədris və tələbə şöbəsi

dekanlıq və kafedralar

Tədris və elmi işlər üzrə

direktor müavini ilə birgə

18Sillabusların və kafedrada tədris olunan hər bir fənn barədə məlumatın hazırlanması (fənnin əsas məzmunu-qısa təsviri) və elektron variantının saxlanılması.Hər semestrin

əvvəlində

Dekanlıq və kafedralarTədris və elmi işlər üzrə

direktor müavini ilə birgə

19Fənnin tədrisində bir müəllimdən asılılığın ortadan qaldırılması və bir fənnin bir neçə müəllim tərəfindən tədrisinin təşkili (Fənlərin alternativ tədrisi imkanlarının yaradılması).2018-2022Tədris və tələbə şöbəsi

dekanlıq və kafedralar

Tədris və elmi işlər üzrə

direktor müavini ilə birgə

20Tədris olunan bütün fənlər üzrə yeni sillabusların tətbiqinin həyata keçirilməsi2018-2022Tədris və tələbə şöbəsi

dekanlıq, kafedralar

Tədris və elmi işlər üzrə

direktor müavini ilə birgə

21Kafedrada tədris olunan bütün fənlər üzrə mühazirə Materiallarının elektron formada hazırlanması2018-2022Tədris və tələbə şöbəsi dekanlıq və kafedralarKompüter mərkəzi ilə birgə
22Dərs prosesində daha müasir və interaktiv təlim metodlarının, habelə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi tədbirləri2018-2022Tədris və tələbə şöbəsi dekanlıq və kafedralarKompüter mərkəzi ilə birgə
23Filialın digər Nazirliklərin müvafiq qurumları ilə əməkdaşlığının qurulması2018-2022Fakültə dekanlıqları və kafedralarTədris və tələbə şöbəsi ilə birgə
24Fakültənin əsasnaməsinin hazırlanması və təsdiq edilməsi2018-2022 DekanlıqDirektorluqla
25Fakültələrin Elmi şuraları haqqında əsasnamənin hazırlanması və

təsdiq edilməsi

2018-2022DekanlıqDirektorluqla
26Fakültənin iş planının hazırlanması və təsdiq üçün təqdim edilməsi2018- 2022DekanlıqDirektorluqla
27Fakültənin Elmi Şurasının iş planının hazırlanması və təsdiq  üçün

təqdim edilməsi

İllər üzrəDekanlıqDirektorluq
28Filialın strukturunun və onun idarə olunması sisteminin müasir tələblərə cavab verə biləcək şəkildə inkişaf etdirilməsi barədə təkliflərin hazırlanması2018-2022DirektorluqADPU-nun təsdiqi
29Fakültənin missiyası, məramı və hədəflərinin müəyyən olunması2018-2022dekanlıq
30Tələbələrin zəruri məlumatlarla (təhsil pillələri üzrə tələblər, təhsil proqramları haqqında məlumatlar, tədris nailiyyətlərinin qiymətləndirmə prosedurları, ali təhsil müəssisəsinin daxili nizam-intizam qaydaları, təhsil haqqının ödənilməsi qaydaları və s.) təmin edilməsi2018-2022DekanlıqTədris və tələbə şöbəsi
31Filialda olan tədris köməkçi heyətin işinin təşkili və onların

fəaliyyətinə nəzarətin həyata keçirilməsi

Hər  tədris illindəDirektorluqİnsan resursları və karguzarlıq şğbəsi
32Birinci tədris ilinə qəbul olunmuş tələbələrlə işin təşkili və orientasiya proqramının hazırlanmasıHər ilTədris şöbəsiDekanlıqla birgə
33Filialda tədris edilən fənlərin mənimsənilməsinin mövcud vəziyyətinin  müəyyən edilməsi üçün monitorinqlərin aparılmasıMütamadiTədris və tələbə şöbəsiKeyfiyyət komisiyası ilə birgə
34Filialın ADPU və digər nüfuzlu ali məktəblərin eyni profilli fakültələri ilə əməkdaşlığının qurulması2018-2022Tədris və tələbə şöbəsi, dekanlıqDirektorluqla birgə
35Filialın ixtisasların potensialı üzrə informasiya göstəricilərinin hazırlanması və filialın profilinə uyğun yeni ixtisasların açılması barədə konkret təkliflərin təqdim edilməsi2018-2022Tədris və tələbə şöbəsi

dekanlıq

Direktorluqla birgə
36Filialın elmi-metodiki seminarlarının, habelə kafedralararası müşavirələrin və elmi-metodiki müzakirələrin keçirilməsinin təmin edilməsi və bu sahədə konkret iş planının hazırlanması2018-2022Kafedralar
37Filialda tələbə təşkilatlarının (TEC, TGT və THK) işinin təşkili və

gücləndirilməsi

2018-2022DirektorluqFilialın müvafiq tələbə

təşkilatları ilə birlikdə

38Fakültənin strateji inkişaf istiqamətlərinin müəyyən edilməsi2018-2022DekanlıqTədris və tələbə şöbəsi ilə birlikdə
39Filialın kataloqu, dekanlıq və kafedraların bukletləri və müxtəlif reklam xarakterli çap materiallarının hazırlanması2018-2022Dekanlıq kafedralarTədris və tələbə şöbəsi və kompüter mərkəzinilə birlikdə
40Filialın idarə olunmasında informasiya və kommunikasiya texnologiyalarından istifadə edilməsi və ADPU-nun internet səhifəsində filiala aid məlumatların yenilənməsi2018-2022DirektorluqKompüter mərkəzi ilə birlikdə
41Tanınmış şəxslərin, alim və mütəxəssislərin iştirakı ilə elmi seminarların keçirilməsi və bu seminarlara tələbələrin daha da geniş cəlb edilməsi tədbirləri. Bu tədbirlərin qrafikinin hazırlanıb təqdim edilməsi.2018-2022DirektorluqKafedralarla
42Kafedraların müvafiq maddi-texniki, tədris-metodiki və elmi-texnoloji avadanlıqlarla təchizatı barədə təkliflərin hazırlanıb təqdim edilməsi2018-2022KafedralarTəsərrüfat şöbəsi ilə

birlikdə

43Fakültədə tələbələrin tərbiyə işinin və müxtəlif sosial tədbirlərin (müxtəlif müsabiqələrin, sərgilərin və intellektual oyunların) təşkiliMüntəzəmTərbiyə işləri üzrə direktor müaviniİctimai təşkilatlarla

birlikdə

44Tələbələrin fərdi planlarının  (xüsusilə akademik borcların və kəsirlərin ilk növbədə nəzərə alınması) tərtib  olunmasına nəzarətMüntəzəmDekanlıqTədris və tələbə şöbəsi ilə birlikdə
45Filial haqqında məlumatların ADPU-nun internet səhifəsində  və KİV-də yerləşdirilməsini təmin edən məsul şəxsin fəaliyyətinin gücləndirilməsi.MüntəzəmMəsul şəxsStruktur bölmələri
46Hər il növbəti tədris ili üçün proqnoz dərs yükünün təsdiq olunması və kafedralar üzrə müəllimlərin fərdi dərs yükünün təsdiq olunması, tədris ilinin sonunda dərs yüklərinin yoxlanılıb, dəqiqləşdirilmiş (icra edilmiş) dərs yükünün təsdiq edilməsiHər ilTədris və tələbə şöbəsi

Dekanlıq

Kafedralarla birlikdə
47Təhsil haqlarının qeydiyyatı və onun xüsusi kitab üzrə Mühasibatlıqla əlaqələndirilməsiMüntəzəmDekanlıqMühasibatlıqla birlikdə
48Semestr imtahanlarına və Yekun dövlət attestasiyasına hazırlıq, akademik borcu olan tələbələrlə işin qurulmasıMüntəzəmDekanlıqTədris və tələbə şöbəsi ilə birlikdə
49Dərs cədvəllərinin icrasına nəzarətin təşkili, müəllimlərin dərs davamiyyəti ilə bağlı həftəlik nəzarət məlumatlarının təqdim olunmasıMüntəzəmTədris və tələbə şöbəsiDekanlıqla birlikdə
50Buraxılış  mövzularının kafedra iclaslarında müzakirəsi və təsdiqiMüntəzəmKafedralarTədris və tələbə şöbəsi ilə birlikdə
51Dərs jurnallarının semestr başlayandan 2 həftə keçən kimi bağlanması və möhürlənməsi. Semestrin sonunda jurnalların yoxlanması və arayışın tərtib olunmasıİllər ərzindəTədris və tələbə şöbəsiDekanlıqla  birlikdə
52Tələbələrin pedaqoji təcrübəsinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasıMüntəzəmPedaqoji təcrübə  rəhbəriDekanlıqla birlikdə
53Fakültə və kafedraların pasportunun hazırlanmasıHər tədris ili başlayandaDekanlıq, kafedralar
54Tədris ilinin sonunda strukturların illik hesabatının hazırlanmasıHər tədris ilinin sonundaStruktur bölmə rəhbərləriTədris və elmi işlər üzrə direktor müavini ilə birgə
55Respublikada keçirilən müxtəlif tədbirlərdə filial tələbələrinin könüllü olaraq iştirakını  gücləndirmək2018-2022Dekanlıqİctimai təşklilatlarla birlikdə
56Filialda çap işləri (fənn proqramı, metodik vəsait, dərs vəsaiti və dərsliklərin) ilə bağlı planın hazırlanıb qəbul olunması.2018-2022Tədris və elmi işlər üzrə direktor müaviniDekanlıq Kafedralarla

birlikdə

57Tələbələrə verilmiş sərbəst işlərin qiymətləndirilməsi işinə ciddi nəzarətin təşkili2018-2022Tədris və tələbə şöbəsiDekanlıqla birlikdə
58ATİS vasitəsi ilə filiafın elektron universitet sisteminə qoşulmasıSentaybr 2018Dekanlıq, Tədris və tələbə şöbəsiKompüter mərkəzi
59Keyfiyyət Komissiyasının (treninq, nəzarət, açıq dərslərdə iştirak və imtahanlara nəzarət) yaradılması2018-2022

tədris ilində

DirektorluqMüvafiq strukturlarla birlikdə
60Professor- müəllim heyətinin peşə-ixtisas hazırlığını yüksəltməkMütəmadiDirektorluqMüvafiq strukturlar
61Regionda yerləşən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərilə görüşlərin təşkili, şagirdlərin filialla tanışlığı məqsədilə “Açıq qapı” günlərinin keçirilməsi.Hər ilin mart-

May aylarında

DirektorluqTəhsil şöbəsi ilə birgə
62Filialın I kurs tələbələri və onların valideynləri ilə görüşlərin təşkili.Hər ilin sentyabr

ayında

DirektorluqTədris və tələbə şöbəsi

dekanlıq

63Tələbə nailiyyətlərinin nəticələrinə görə onlarla fərdi qaydada işlərin təşkilinin gücləndirilməsi.MütəmadiDekanlıqTədris və tələbə şöbəsi və kafedralarla  birgə
64Mərtəbələrə görə növbətçilik sistemi və onun əmrləşdirilməsiHər semestr

başlamadan

öncə

Tədris və tələbə şöbəsiDekanlıqla birgə

 

 

Elm və innovasiyalar sahəsi üzrə

Görülən işin məzmunuİcra müddətiMəsul struktur bölməsiQeyd
1Filialın beş illik  elmi-tədqiqat işlərinin planının hazırlanıb, təsdiq üçün təqdim edilməsi2018-2022KafedralarTədris və elmi işlər üzrə direktor müavini ilə birgə
2Kafedralarda illik elmi tədqiqat hesabatlarının toplanılması və elmi-tədqiqat işlərinin nəticələrinə həsr edilmiş yekun konfransın keçirilməsi və materialların çap olunmasıHər təqvim ilinin noyabr-dekabr aylarındaKafedralarTədris və elmi işlər üzrə direktor müavini ilə birgə
3ADPU-nun müvafiq struktur bölmələri ilə Elm və innovasiyalar sahəsi üzrə qarşılıqlı fəaliyyətin gücləndirilməsiMüntəzəmKafedralarTədris və elmi işlər üzrə direktor müavini ilə birgə
4Filialdaxili elmi müsabiqələrin təşkilinin təkmilləşdirilməsiMüntəzəm KafedralarTədris və elmi işlər üzrə direktor müavini ilə birgə
5Filialın müvafiq struktur bölmələrinin respublika, regional səviyyəli elmi layihələr və elmi qrantlar müsabiqəsində iştirakının təmin edilməsiMüntəzəm Kafedralar

TEC

Tədris və elmi işlər üzrə direktor müavini ilə birgə
6Filialın kitabxana fəaliyyətinin modernləşdirilməsi, electron kitabxana şəbəkəsinin beynəlxalq informasiya resurslarına çıxış imkanlarının təmin edilməsi2018-2022DirektorluqKitabxana
7Kafedranın əməkdaşlarının elmi-tədqiqat işlərinin nüfuzlu beynəlxalq   jurnallarda dərc olunması işinin təşkiliMüntəzəmKafedralarTədris və elmi işlər üzrə direktor müavini ilə birgə
8Kafedra əməkdaşları tərəfindən hazırlanmış elmi-tədqiqat işlərinin, o cümlədən dərslik, metodiki vəsaitlər və s., həmçinin bakalavr buraxılış işlərinin müəllif hüquqlarına qoyulan tələblərə uyğun hazırlanması və plagiatın (mətnlərdə oxşarlığın) yoxlanması işinin təşkiliMüntəzəmKafedralarTədris və elmi işlər üzrə direktor müavini və Kompüter mərkəzi ilə birgə
9Elmi Şuranın iclaslarında kafedra və şöbələrin elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabatının dinlənilməsiMüntəzəmKafedralarTədris və elmi işlər üzrə direktor müavini ilə birgə
10Filialın Gənc Alimlər və Tədqiqatçılar Şurasının tərkibinin müəyyən olunması və iş planının hazırlanması 2018GATŞTədris və elmi işlər üzrə direktor müavini ilə birgə
11ADPU-nun dövri elmi jurnallarında (Pedaqoji Universitet Xəbərləri (Riyaziyyat və təbiət elmləri seriyası, Pedaqoji Universitet Xəbərləri (Humanitar, ictimai və pedaqoji-psixoloji elmlər seriyası), Təhsildə

İKT, Tarix, insan və cəmiyyət, “Musiqi elmi, mədəniyyəti və təhsilinin aktual problemləri”) filial əməkdaşlarının  vaxtaşırı məqalələrlə çıxış etməsinə dəstək

VaxtaşırıKafedralar

TEC

Tədris və elmi işlər üzrə direktor müavini ilə birgə
12Filialda beynəlxalq, respublika səviyyəli elmi konfrans, simpozium, konqres və seminarların  təşkilinin gücləndirilməsiMüntəzəmRəhbərlik
13TEC-nin fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulmasıMüntəzəmKafedralar, TECDekanlıqla birgə
14Tələbələrin elmi konfranslarda fəal iştirakının təmin edilməsiMüntəzəmDekanlıq, Kafedralar, TECTədris və elmi işlər üzrə direktor müavini ilə birgə
15Filialda aparılan elmi tədqiqat işlərinin hər il üçün mühüm nəticələrinin ADPU-ya təqdim edilməsiHər ilKafedralarTədris və elmi işlər üzrə direktor müavini ilə birgə
16Elmi-tədqiqat və innovasiya işlərinin mühüm nəticələrindən tədris prosesində istifadə edilməsi.2018-2020KafedralarTədris və elmi işlər üzrə direktor müavini ilə birgə
17Tələbə Elmi Cəmiyyəti ilə birlikdə tələbələrin olimpiadalara və digər yarışlara hazırlanmasıMüntəzəmTədris və tələbə şöbəsi

TEC

Dekanlıqla birgə
18Qrantlar, layihələr, proqramlar, dövlət vəsaitləri, təsərrüfat hesablı  müqavilələr əsasında maliyyə vəsaiti cəlb edərək filialda elmin maddi-texniki bazasının formalaşdırılması və inkişaf etdirilməsi2018-2022DirektorluqMühasibatlıqla
19Respublikanın və xarici ölkələrin təhsil, elm və innovasiya mərkəzləri ilə birgə elmi-tədqiqat və innovasiya işlərinin aparılması proqramlarında, qrant və layihələrində iştirakMüntəzəmKafedralarTədris və elmi işlər üzrə direktor müavini ilə birgə
20 ADPU ilə ilə fasiləsiz əlaqələr saxlamaq üçün filialda “webinar” otağın qurulması2018-2022 

Kompüter mərkəzi

Tədris və elmi işlər üzrə direktor müavini ilə birgə
21Müəllimlərin İKT biliklərinin təkmilləşdirilməsi və formalaşdırılması istiqamətində işlərin aparılması MüntəzəmKafedralar  Kompüter mərkəziTədris və elmi işlər üzrə direktor müavini ilə birgə

 

 

 

Beynəlxalq əlaqələr və inkişaf sahəsində

 

Görülən işin məzmunuİcra müddətiMəsul struktur bölməsiQeyd
1Filial əməkdaşlarının ADPU-nun Beynəlxalq Əlaqələr şöbəsinin xətti ilə keçirilən beynəlxalq layihələrdə iştirak etməni təmin etmək.Layihələrin icra

müddətinə uyğun olaraq

Tədris işləri üzrə direktor müavini
2Filialda keçiriləcək beynəlxalq konfranslarda, elmi-praktik konfranslarda  xarici ölkələrin nifuzlu elm adamlarının iştirakını genişləndirmək.2018-2022Direktorluq, kafedralar
3Filial əməkdaşlarının xarici ölkələrdə keçirilən elmi konfranslarda iştirakını təmin etmək.2018-2022Direktorluq
4“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsinin icrasında iştirak2018-2022İnklüziv təhsil üzrə regional koordinator.

 

5Filial əməkdaşlarının xarici ölkələrin nifuzlu  jurnallarında elmi məqalələrlə çıxış etməsini təşkil etmək2018-2022Direktorluq, kafedralar
6“Azərbaycanda əlilliyi olan uşaqlar üçün inklüziv keyfiyyətli təhsilin genişləndirilməsi” layihəsinin icrasında iştirak2018-2022İnklüziv təhsil üzrə regional koordinator, kafedralar

 

7ADPU-nun  Elmi  Şurasının  14.07.2017-ci  il  tarixli  qərarı  ilə yaradılmış “Sağlam təhsil pedaqogikası” Mərkəzinin  təşkilatçılığı ilə keçirilən tədbirlərdə iştirak etmək.2018-2022Tədris işləri üzrə direktor müavini

 

 

Sosial və humanitar məsələlər üzrə

Görülən işin məzmunuİcra müddətiMəsul struktur bölməsiQeyd
1TGT-nin ixtisaslar və maraq qrupları üzrə klublarınının fəaliyyətini gücləndirməkTədris ili ərzindəDekanlıq, İctimai təşkilatlar 
2Tələbələr arasında ideya-siyasi hazırlıq səviyyəsinin gücləndirilməsiTədris ili ərzindəDekanlıq İctimai təşkilatlar 
3Tələbələr arasında dini və digər ayrı-seçkilik mövzularında  işin aparılması, sağlam həyat  tərzinin təbliğ edilməsiTədris ili ərzindəDekanlıq İctimai təşkilatlar 
4Filialın fəaliyyəti ilə bağlı ictimaiyyətlə əlaqələr işinin təşkili, təbliğat və təşviqat fəaliyyətinin təmin edilməsiİl ərzindəDekanlıq, İctimai əlaqələr üzrə məsul şəxs 
5Görkəmli şəxslərlə  tələbələrin gorüşlərini təşkil etməkTədris ili ərzindəDekanlıq, kafedralar 
6Tələbələrin qruplar halında taxixi abidələrə, sərgilərə və müzeylərə ekskursiyaların təşkil olunmasıTədris ili  ərzindəDekanlıq, İctimai təşkilatlar. 
7Ulu öndər Heydər Əliyevin anım günləri, anadan olmasının il dönümləri və siyasi hakimiyyətə gəlməsinin 50 illiyinin qeyd edilməsi

 

Təqvim günlərindəDirektorluq, kafedralar, dekanlıq 
8Təqvim üzrə tarixi günlərin, milli bayramların, yubiley günlərinin qeyd edilməsi

 

Təqvim günlərindəDirektorluq, kafedralar, dekanlıq 
9Şəhid olmuş Milli Qəhrəmanların, Qarabağ qazilərinin anım günlərinin keçirilməsi.Hər ilDekanlıq, İctimai təşkilatlar. 
10Filialın Fəxri Kitabında qeydlərin aparılmasına nəzarətin gucləndirilməsi.İl boyuDirektorluq 
11Filial tələbələri arasında idman, intellektual və yaradıcı yarışların keçirilməsi. Qaliblərin universitetlərarası anoloji yarışlara çıxarılmasıİl boyuDekanlıq, TGT, TEC 
12I kursa qəbul olan tələbələrin orientasiya və adaptasiya işinə xüsusi diqqət yetirilməsi və orientasiya tədbirlərinin təşkili. Onlarla mütəmadi görüşlərin keçirilməsi. Onların digər kənar şəxslərin arzuolunmaz təsirinə məruz qalmamaları üçün müvafiq işin gücləndirilməsiİl boyuDekanlıq, İctimai təşkilatlar. 
13Tələbələrin rəy sorğularının təşkili.Tədris ili ərzindəDekanlıq, İctimai təşkilatlar 
14Filialın Məzunlar Cəmiyyətinin yaradılması2018-2022Dekanlıq, Tədris və tələbə şöbəsi. 
15Filialın bukletinin capı2018-2022Tədris və elmi işlər üzrə direktor müavini, Kompüter mərkəzi 
16Tələbələrə struktur bölmələri arasında subardinasiyanın gözlənilməsinin izahı.MüntəzəmDekanlıq 
17ADPU-100 illik yubleyi ilə bağlı filialda keşiriləcək tədbirlərin yerinə yetirilməsi2018-2021Direktorluq 
18Filialın internet saytının işinin gücləndirilməsiTədris ili ərzindəKompüter mərkəzi 
19Filialın foesində “Rəy və təkliflər” qutusuna nəzarətin gücləndirilməsi, tələbələrin problemlərinin, arzu və istəklərinin dinlənilməsiTədris ili ərzindəDekanlıq, İctimai təşkilatlar 
20Filialda “Açıq qapı” günlərinin təşkiliTədris ili ərzindəDirektorluq

 

 

 

 

İnzibati və iqtisadi işlər üzrə

 

Görülən işin məzmunuİcra müddətiMəsul struktur bölməsiQeyd
1Filialın gəlirlərinin artırilması haqqında  strategiya hazırlamaq2018-2022Mühasibatlıq, Təsərrüfat şöbəsi 
2Filialın informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastrukturun yaradılması, bütün strukturlarının kompyuter avadanlıqları ilə təchiz  olunması, professor-müəllim heyəti və hər bir tələbənin internetə rahat çıxışının təmin olunması2018-2022Təsərrüfat müdiri, Mühasibatlıq, Kompüter mərkəzi. 
3Filialda arxiv  işinin gücləndirilməsi və qaydalara ciddi əməl edilməsi2018-2022Kadrlar və ümumi şöbə, Arxiv müdiri 
4Filialda videomüşahidə sisteminin gücləndirilməsi2018-2022Təsərrüfat şöbəsi 
5İşçilərin iş qrafikinə ciddi nəzarət mexanizminin təkmilləşdirilməsi2018-2022Kadrlar və ümumi şöbə 
6Yeni struktura və ştat cədvəlinə görə vahid otaq nömrələnmə və tanıtım löhvəsinin yenilənməsi.2018-2022Təsərrüfat şöbəsi 
7Bütün müəllimlərin CV-nin kafedralar üzrə  veb səhfədə yerləşdirilməsinə nail olunması2018-2022Kafedralar,Kompüter mərkəzi 
8Hər təqvim ilinin sonunda inzibati və hər tədris ilinin sonunda akademik heyətin ştat cədvəlinin təkmilləşdirilməsiMüntəzəmKadrlar və ümumi şöbə,Mühasibatlıq 
9Filialın maliyyə imkanlarını nəzərə alıb, daha münasıb əmək haqqı ödənişi  siyasətini yürütməkMüntəzəmMühasibatlıq 
10Filialın ayrı-ayrı struktur vahidlərinin iş planının hazırlanması və təsdiqi2018-2022Struktur bölmələri. 
11Əmək intizamını pozanlara intizam tədbirlərinin artırılmasıMüntəzəmKadrlar və ümumi şöbə. İntizam komissiyası 
12Yeni kampus yaradılması məsələsini  müntəzəm nəzarətdə saxlamaqMüntəzəmTəsərrüfat şöbəsi 
13Maddi-texniki bazanın gücləndirilməsi2018-2022Təsərrüfat şöbəsi, Mühasibatlıq 
14Köhnə avadanlıqların tədricən ləğvi və vahid dizayn əsasında auditoriyaların təchiz olunması2018-2019Təsərrüfat şöbəsi 
15Yeni kompyuter otaqlarının təşkili2018-2022Təsərrüfat şöbəsi 
16Kitabxananın müasir dövrün tələbələrinə uyğun yenidən dizayn olunması2018-2022Kitabxana, Təsərrüfat şöbəsi 
17Əməkdaşların xidməti fəaliyyətinin qiymətləndirilməsi və əmək intizamına nəzarət xidmətinin gücləndirilməsiMüntəzəmİntizam komisiyası 
18Filialda təsərrüfat, texniki, iaşə və s. xidmətlərinin müntəzəm təkmilləşdirilməsiMüntəzəmTəsərrüfat şöbəsi 
19Filialda sənədləşmə işinin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi üçün qovluq sisteminin yaradılması2018-2022Kadrlar və ümumi şöbə 
20Ali təhsilin minimum normlarına görə filialın özünütəhlil yoxlama işinin gücləndirilməsi.2018-2022Tədris və elmi işlər üzrə direktor müavini

Kadrlar və ümumi şöbə