TƏLƏBƏ ELMİ CƏMİYYƏTİ

 

         ADPU-nun Şamaxı filialının Tələbə Elmi Cəmiyyəti (bundan sonra – TEC) elmi tədqiqat və elmi-təşkilati işlərində fəal iştirak edən ali təhsil pilləsinin bakalavriat səviyyələrində tələbələrin könüllü ictimai təşkilatıdır və müəssisənin direktoryanı şurası qarşısında hesabat verir.

        TEC öz fəaliyyətində elm və təhsil sahəsində müvafiq normativ hüquqi aktları, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, “Ali təhsil müəssisəsində təhsilalanların elmi tədqiqat işinin təşkili haqqında Əsasnamə”ni, Azərbaycan Respublikası Təhsil Nazirinin 27 iyun 2014-cü il tarixli, 752 nömrəli əmri ilə təsdiq edilmiş TEC Əsasnaməsini və  illik tədbirlər planını əldə rəhbər tutur. 

         TEC-in əsas məqsədi ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması və təhsilalanların elmi tədqiqat fəaliyyətinin yeni sosial-iqtisadi şəraitə uyğunlaşdırılmasında filialın ümumi işinə kömək etməsindən ibarətdir.

TEC-İN FƏALİYYƏTİ:

İstedadlı gənclərin məqsədyönlü şəkildə elmi tədqiqat və elmi-təşkilati işinə, yüksək texnologiyaların mənimsənilməsinə cəlb edilməsi;

– Müxtəlif səviyyəli tədbirlərin – elmi seminar və konfranslar, tələbə elmi işlərinə, müxtəlif ixtisas və fənlər uzrə olimpiadalar, simpoziumlar, tanınmış alimlərin seminar və mühazirələrinin dinlənilməsinin keçirilməsində tələbələrin iştirakının təmin edilməsi;

Tələbə elmi tədqiqat işlərinin yerinə yetirilməsinin nəticəsinə nəzarət və müzakirəsi, kafedralarda tələbə elmi tədqiqat işlərinin müzakirəsi və filial üzrə yekun konfransın keçirilməsi;

– Tələbələrin filial, respublika və beynəlxalq səviyyəli konfranslarda iştirakını təmin etmək;

– Tədqiqatcılıq fəaliyyətinin köməyi ilə tələbələrdə seçilən peşəyə yaradıcı münasibətin formalaşdırılması;

Təqvim üzrə və təqvimdən kənar filialda keçirilən bütün dövlət və ictimai tədbirlərin təşkilatçılığında iştirak etmək.

TEC-in strukturu aşağıdakı kimidir:

  1. TEC sədri
  2. TEC müavinləri
  3. Kafedralar üzrə tələbə elmi dərnəyinin rəhbərləri
  4. Qruplar üzrə TEC sədrləri