TƏLƏBƏ HƏMKARLAR İTTİFAQI KOMİTƏSİ

 

        Tələbələr həmişə gənclərin ən aktiv hissəsi olaraq tanınıblar. Təbii ki, bu enerjini tənzimləyən, onu doğru istiqamətə aparan və ona kömək edən strukturlara böyük ehtiyac duyulmaqdadır.

           Tələbə həmkarlar komitələri yuxarı təşkilatların dəstəyi ilə tələbələrin təhsilalma şəraitlərinin yaxşılaşdırılması, çətin həyat durumlarına maddi dəstək verilməsi, işlə təmin olunmasına yardım göstərirlər. Bu nöqteyi-nəzərdən Azərbaycan Dövlət PedaqojiUniversitetinin (ADPU) Şamaxı filialının Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fəaliyyəti böyük önəm daşıyır. 

Təşkilatın əsas fəaliyyəti:

Tələbələrin elmə və biliyə olan marağının artırılması

           Bu istiqamətdə vaxtaşırı THİK-nın təşkilatçılığı ilə digər tələbə təşkilarlarla birgə aktual mövzulara və dövlət əhəmiyyətli günlərə həsr olunmuş disput, dəyirmi masa və s. tədbirlər keçirilir.

-Cismən və ruhən sağlam gəncin formalaşması

       Gənclərin müxtəlif idman yarışlarına cəlb olunmasını təmin edir. Bu tədbirlər həm sağlam gənclərin yetişdirilməsində, həm də onların zərərli vərdişlərdən uzaq olmasında köməklik göstərməklə yanaşı, çox ciddi problem olan məşğulluq məsələsində də önəmli bir addımdır.

-Tələbələrə sosial dəstək

            Məlumdur ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində  təhsil alan tələbələr arasında aztəminatlı, qaçqın və şəhid ailələrindən olan gənclər böyük pay təşkil edir. Onlara maddi dəstək vermək üçün Komitə müəyyən işlər yerinə yetirir. Belə ki, maddi çətinliyə düşən və THİK-ya müraciət edən tələbələrə də fərdi qaydada ADPU-nun THİK-nə müraviət etmək yolu ilə köməklik göstərilir. Qeyd etmək lazımdır ki, bu məsələlərdə daha çox əlaçı tələbələrə üstünlük verilir. 

-Vətənpərvərlik ruhunun formalaşdırılması və gənclərin milli dəyərlərimizə hörmətlə yanaşması uğrunda görülən işlər

Bu istiqamətdə görülən işlər arasında ən yadda qalanı Novruz şənlikləri olur.

-Ünsiyyətli gəncin yetişdirilməsi

         Ölkənin gələcəyi olan gənclərin dövlətimizi layiqincə təmsil etmələri üçün rahat ünsiyyət yaratmaları, fikirlərini sərbəst ifadə etmələri şərtdir. Bu baxımdan THİK tərəfindən müxtəlif mövzularda keçirilən debat və disputlar böyük önəm daşıyır.

Məhz bu beş prinsipin vəhdəti uğurlu nəticə verir. 

Tələbə Həmkarlar İttifaqı Komitəsinin tərkibi:

  • Xanalıyeva Günay Əmir qızı – THİK-nın sədri;
  • Niyazov Asəf Namiq oğlu – sədr müavini;
  • Qruplar üzrə menecerlər.