TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATI

 

          Azərbaycan Respublikası Prezident Administrasiyası Rəhbərinin 2005-ci il 15 fevral tarixli 41№li Sərəncamına əsasən Azərbaycan Respublikasında bütün ali və orta ixtisas təhsil müəssisələrində gənclər və tələbələrlə işin təkmilləşdirilməsi məqsədi ilə digər universitetlərlə yanaşı ADPU-nun Şamaxı filialında da Tələbə-Gənclər Təşkilatları yaradılmışdır.

       ADPU-nun Şamaxı filialının TGT üzvlüyündə 500-dən artıq tələbəni birləşdirir. Təşkilat xüsusi qabiliyyətləri olan tələbələrin üzə çıxarılmasını, siyasi-ictimai tədbirlərin, milli bayramların təşkil olunmasını, tələbələrin asudə vaxtlarının səmərəli keçməsi üçün təşkil olunan idman yarışları, intellektual bilik oyunları, tələbələrdə vətənpərvərlik ruhunu daha da artırmaq üçün təşkil olunan tarixi yerlərə ekskursiyaları, tələbələrin şəxsi və filialdaxili nizam-intizamla bağlı problemlərinin həll olunmasında köməklik göstərilməsini təmin edir. 

  TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATININ FƏALİYYƏTİ:

  • Tələbələr arasında qabiliyyətlərinin və bacarıqların aşkar olunması 
  • Tələbə təşkilatlarının idarəetmə şura iclaslarının təşkili, onlayn və ya əyani qaydada keçirilməsi
  • Təqvim və hüzn günləri ilə əlaqədar onlayn və ya əyani şəkildə tədbirlərin təşkili
  • İmtahan sessiyalarına hazırlıqla əlaqədar tələbələrlə söhbətlərin aparılması 
  • Tələbələrlə vətənpərvərlik tərbiyəsi, Qarabağ həqiqətləri, problemin elektron təbliğatı mövzusunda söhbətlərin və görüşlərin təşkil edilməsi.
  • Gənclərin mütaliəyə marağının artırılması ilə bağlı müxtəlif elm sahələri üzrə (onlayn və ya əyani) disputların və dəyirmi masaların keçirilməsi
  • Tələbələrin respublikanın görkəmli alim, mütəxəssis, incəsənət xadimləri, müharibə veteranları, milli qəhrəmanları ilə görüşlərinin təşkili.
  • Tələbələrin könüllülük fəaliyyətlərinə qoşulmasının təmin edilməsi və onların istiqamətləndirilməsi
  • Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin aktual məsələləri üzrə dəyirmi masaların təşkili
  • Filialda və rayonda ekoloji sahədə aparılan tədbirlərə fəal qoşulmaq
  • Tələbələr arasında neqativ meyillərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsinə dair dəyirmi masanın təşkili 
  • Gənclərin inkişaf və karyera məsələlərinə həsr olunmuş təlim və tədbirlərə qoşulmalarını təmin etmək

Son 5 ildə filial TGT-si 3 dəfə filiallar arasında keçirilən müsabiqədə “İlin TGT-si” mükafatına layiq görülmüşdür.

TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATININ TƏRKİBİ:

  1. Tarix və coğrafiya müəllimliyi ixtisası tələbəsi Mürsəlov Hilal – təşkilatın sədri;
  2. Riyaziyyat və informatika müəllimliyi ixtisası tələbəsi Nəsibli Güldestə – Layihələr departamenti, sədr müavini; 
  3. Riyaziyyat və informatika müəllimliyi ixtisası tələbəsi Məmmədov Allahyar – İnsan resursları departamenti, sədr müavini;
  4. Tarix və coğrafiya müəllimliyi ixtisası tələbəsi Qasımlı Elmin –  Təşkilati məsələlər üzrə sədr müavini;
  5. Riyaziyyat və informatika müəllimliyi ixtisası tələbəsi Yusifov Şahmar – İT və ATK ilə iş departamentinin rəhbəri;
  6. İbtidai sinif müəllimliyi ixtisası tələbəsi Ağamalıyeva Xanım – İctimaiyyətlə  Əlaqələr departamentinin rəhbəri;
  7. Tarix və coğrafiya müəllimliyi ixtisası tələbəsi Məhərrəmov Məhərrəm –  Vətənpərvərlik departamentinin rəhbəri;
  8. Azərbaycan dili və ədəbiyyatl müəllimliyi ixtisası tələbəsi Əmirova Ayşad –  Tələbə problemləri və araşdırmalar mərkəzinin rəhbəri;
  9. Azərbaycan dili və ədəbiyyatl müəllimliyi ixtisası tələbəsi Əliyeva Mehriban – İncəsənət klubu sədri;                             
  10. Tarix və coğrafiya müəllimliyi ixtisası tələbəsi Ədilov İltizam – İntellektual Oyunlar klubu sədri; 
  11. Tarix və coğrafiya müəllimliyi ixtisası tələbəsi Cəbiyeva Türkay –  Kitab və jurnalistika klubunun sədri; 
  12. Tarix və coğrafiya müəllimliyi ixtisası tələbəsi Məmmədov Ruslan  – İdman klubunun sədri;
  13. İbtidai sinif müəllimliyi ixtisası tələbəsi Bağırova Nərgiz – Ekologiya Klubunun sədri;
  14. İbtidai sinif müəllimliyi ixtisası tələbəsi Ağamalıyeva Əfsanə – Musiqi klubunun sədri;
  15. Qruplar üzrə menecerlər.