DİREKTORLUQ

 

Filiala 2012-ci ildən filologiya üzrə fəlsəfə doktoru, dosent Tünzalə Vəli qızı Yusifova rəhbərlik edir

Şasəddin Mikayılov Sabir oğlu

Tədris və elmi işlər üzrə direktor müavini

Şəlalə Seyidova İltizam qızı

Sosial və humanitar məsələlər üzrə direktor müavini

Reyla MehrAliyeva Təbriz qızı

mətbuat katibi

SOLTAN ALCANOVA RAUF QIZI

operator

Aytəkin Nəcəfova Asif qızı

operator

          Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsidir.

       Azərbaycan Respublikası  Nazirlər  Kabinetinin 1 iyul 1991-ci il tarixli 200 №-li qərarına əsasən V.İ.Lenin adına ADPU-nun Şamaxı şəhərində yaradılmış Şamaxı filialı 13 iyun 2000-ci il tarixədək fəaliyyət göstərmişdir.

      Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il 349 nömrəli Fərmanı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının bazasında Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı yaradıldı. Yeni təşkil olunmuş filialın strukturu dəyişdirildi, fəaliyyət dairəsi genişləndirildi, məktəbəqədər müəssisələr və ibtidai siniflər üçün ilkin kadr hazırlığı ilə yanaşı, müəllimlərin ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanması ilə məşgul olmağa başladı.

      Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutu  Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Şamaxı filialına çevrilmişdir.

 Filial 10 struktur üzrə fəaliyyət göstərir:

  • Direktorluq;
  • Pedaqoji fakültə dekanlığı;
  • Tədris şöbəsi;
  • Kafedralar (“Sosial və xüsusi fənnlər” kafedrası, “Riyaziyyat və kompüter elmləri” kafedrası, “Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrası”, “Pedaqogika və psixologiya kafedrası“);
  • İnsan resursları və kargüzarlıq şöbəsi;
  • İnformasiya və kommunikasiya texnologiyaları şöbəsi;
  • Mühasibatlıq;
  • Kitabxana və elektron resurslar şöbəsi;
  • Keyfiyyətin təminatı şöbəsi;
  • İnzibati təsərrüfat  şöbəsi.