İNSAN RESURSLARI VƏ KARGÜZARLIQ ŞÖBƏSİ

 

Pur-Rza Sevda Girvalı qızı

şöbənin ictimai əsaslarla müdiri, mütəxəssis

Sadıqlı İbrahim Fayiq oğlu

mütəxəssis

Hüseynov Şahin Şahnəsib oğlu

arxiv işçisi

Ömərov Azər Rauf oğlu

kargüzar

Mirzəyev Kamil Şamil oğlu

operator

QURBANOVA SAMİRƏ ZİYƏDDİN QIZI

OPERATOR

           2012-ci ilədək Kadrlar şöbəsi və Ümumi şöbə ayrı-ayrılıqda fəaliyyət göstərmişdir. 2012-ci il 12 iyul tarixindən həmin şöbələr birləşdirilərək Kadrlar və ümumi şöbə kimi fəaliyyətini davam etdirmişdir. 2022-ci il 5 yanvar tarixindən şöbənin adı dəyişdirilərək İnsan resursları və kargüzarlıq şöbəsi adlandırılmışdır.

          İnsan resursları və kargüzarlıq şöbəsi il ərzində Direktorluqla birlikdə filiala kadrların cəlb edilməsini, seçilməsini, işə qəbulu və işdən azad edilməsi üzrə müxtəlif prosedurların həyata keçirilməsini, inzibati heyətin işə qəbulunda təşkilati işlərin aparılmasını təmin edir. Qanunvericiliyə müvafiq olaraq əmək müqaviləsi daxil olmaqla, işə qəbul olunma haqda əmrlərin rəsmiləşdirilməsi və işçilərin müəyyən edilmiş əmək funksiyalarının yerinə yetirilməsinin təmin edilməsini, tabel uçotu və əmək məzuniyyətinə çıxma qrafikinin hazırlanıb təsdiq edilməsini, əmək intizamı və kadr dəyişikliyi ilə bağlı məsələlərdə təhlillərin aparılmasını, kadr məsələlərinin həllində filialın bölmələri, kənar təşkilatlar və müəssisələrlə qarşılıqlı əlaqələrinin təşkil olunmasını, daxil olan məktubların cavablarının ünvanlara vaxtında göndərilməsini, direktor tərəfindən imzalanmış əmrlərin qeydiyyata alınıb aidiyyəti strukturlara çatdırılmasını, struktur bölmələrindən daxil olan sənədlərin rəhbərliyə təqdim olunmasını və aidiyyəti qurumlara operativ çatdırılmasını, müddəti başa çatmış kargüzarlığa aid sənədlərin aktlaşdırılmasını və arxivə təhvil verilməsinı öz öhdəsinə götürür.