ADPU-da Ali Təhsildə Keyfiyyət üzrə Beynəlxalq Konfrans və Beynəlxalq Müəllim Hazırlığı Konfransı keçirilib

Noyabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) YÖKAK, TKTA, ADPU, Sakarya və Çankaya universitetlərinin birgə təşkilatçılığı ilə “Ali Təhsildə Keyfiyyət üzrə Beynəlxalq Konfrans (ICQH)” və “Beynəlxalq Müəllim Hazırlığı Konfransı (ITEC)”nin açılış mərasimi keçirilib. Tədbirdə elm və təhsil ictimaiyyətinin nümayəndələri, ali məktəb rəhbərləri, millət vəkilləri, diplomatik korpusların təmsilçiləri  müxtəlif ölkələrdən alimlər o cümlədən ADPU-nun Şamaxı filialının əməkdaşları Sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d. Şəlalə Seyidova, Pedaqoji fakültə dekanı baş müəllim Qahirə Şahbazova, Tədris şöbəsinin müdiri baş müəllim Ruqiyyə Babaşova və Keyfiyyətin təminatı şöbəsinin mütəxəssisi Təranə Mütəllimova da  iştirak ediblər. İlk olaraq Konfransın koordinatorları – Sakarya Universitetindən prof. Aytekin İşman və ADPU-dan dos. Eldar Aslanov hazırlıq prosesi barədə məlumat veriblər. Bildirilib ki, ICQH konfransına 210-dan çox, ITEC-ə isə […]

Qələbənin 5-ci ildönümünə həsr olunmuş Beynəlxalq Elmi-Araşdırmalar Konfransı keçirildi

İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD), Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Qələbənin 5-ci ildönümünə həsr olunmuş Beynəlxalq Elmi-Araşdırmalar Konfransı keçirilib. Konfransa Azərbaycanla yanaşı, müxtəlif ölkələrdən də alim və tədqiqatçılar qatılıb, ümumilikdə 150-yə yaxın elmi məqalə […]

ADPU-nun Şamaxı filialının professor-müəllim heyəti “XXI əsrdə beynəlxalq münasibətlərin əhəmiyyəti”mövzusunda vebinarda iştirak edib.

Global Research-ün təşəbbüsü ilə “XXI əsrdə beynəlxalq münasibətlərin əhəmiyyəti” mövzusunda vebinar təşkil olunub. Tədbirdə beynəlxalq münasibətlər sahəsində tanınmış mütəxəssislər iştirak edərək qlobal diplomatiyanın, texnologiyanın və tarixi yanaşmaların bu sahəyə təsiri barədə müzakirələr aparıblar. Layihə üç beynəlxalq konfrans, üç vebinar və iştirakçılar üçün fasiləsiz asinxron dəstək […]