Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filailının Keyfiyyət komissiyasının növbəti  iclası keçirildi. İclasda Komissiyanın üzvləri iştirak edib.  Keyfiyyətin təminatı şöbəsinin müdiri Ruqiyyə Babaşova  çıxış edərək filialın professor-müəllim heyətinin 2023-cü ildə elmi fəaliyyətinin Reytinq Qiymətləndirilməsinin və maraqlı tərəflərlə keçirilən sorğuların hesabatını təqdim etdi. Sorğularda irəli sürülən təklif və rəylər ümumiləşdirilərək komissiya üzvlərinin nəzərinə çatdırıldı. Komissiya üzvləri tərəfindən sorğuların nəticələri müzakirə olundu.  
    Paylaşın: