ADPU-nun Şamaxı filialında Kitabxana və elektron resusrlar şöbəsinin təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş güşə hazırlanıb. Şöbənin müdiri Vəsilə Razimi tələbələri 1918-ci ilin 30 mart – 3 aprel tarixində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Sovetinə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi dəhşətli soyqırımı aktı haqqında ətraflı məlumatlandırdı.

    Paylaşın: