Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlər planı hazırlanıb.

Tədbirlər planı Prezident İlham Əliyevin 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamından irəli gələrək ali təhsil müəssisələri qarşısında qoyulan mühüm vəzifələrə və Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən hazırlanıb.

Tədbirlər planı çərçivəsində ADPU-nun Şamaxı filialında  bir sıra dəyirmi masa və elmi seminarların, praktik konfransların, aksiya, müsabiqə və gəzintilərin  keçirilməsi nəzərdə tutulur.

Ardınca Sosial və xüsusi fənlər kafedrasının baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru Təranə Əkbəri “Azərbaycan Respublikasında ekoloji siyasətin əsas istiqamətləri” mövzusunda geniş təqdimatla çıxış etdi. Qeyd olundu ki, ölkəmizdə ekoloji vəziyyət, təbii ehtiyatların, mühafizəsi və bərpası davamlı inkişaf konsepsiyasının tərkib hissəsinə çevrilmişdir.

Sonda tədbir diskussiya şəraitində davam etdi, tələbələri maraqlandıran suallar ətraflı cavablandırıldı.

 

    Paylaşın: