ADPU-nun rektoru, professor Cəfər Cəfərov filialın akt zalında kollektivlə görüşüb. Rektor rəhbərlik və professor-müəllim heyəti ilə geniş söhbətlər aparıb, auditoriyalarda olaraq tələbələrin bilik səviyyələri ilə maraqlanıb. O, həmçinin kollektivin təklif və iradlarını dinləyib.

Görüş zamanı həm də, Azərbaycan Respublikası Elm və Təhsil naziri cənab Emin Əmrullayevin müvafiq əmrinə əsasən ADPU-nun “Yubiley medalı” ilə təltif olunmuş bir qrup əməkdaşa medalları təqdim olundu.

ADPU-nun “Yubiley medalı” ilə təltif olunmuş əməkdaşların siyahısı:

  1. Filialın direktoru, dosent Tünzalə Yusifova;
  2. Pedaqoji fakültənin dekanı Qahirə Şahbazova;
  3. Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, f.ü.f.d Eyvaz Eminaliyev;
  4. Riyaziyyat və kompüter elmləri kafedrasının müdiri p.ü.f.d Firidə Mustafayeva;
  5. Riyaziyyat və komputer elmləri kafedrasının baş müəllimi, filialın Həmkarlar İttifaqı Komitəsinin sədri Çingiz Dadaşov;
  6. Sisial və xüsusi fənlər kafedrasının dosenti Zərifə Cavadova.

Başda filialımızın direktoru, dosent Tünzalə Yusifova olmaqla medal alan bütün əməkdaşlarımızı ürəkdən təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik!

 

 

 

Paylaşın: