ADPU-nun Şamaxı filialında Dördü bir arada: regionlarda startap və inkubasiya proqramı layihəsi çərçivəsində Bünyamin Seyidov və İsa Qasımovun təqdimatında”Biznes modelinin qurulması” mövzusunda təlim keçirilib.

Təlimdə filialın professor-müəllim və tələbə heyəti iştirak edirdi.

Layihənin məqsədi regionalarda startap ekosistemini inkişaf etdirmək, o cümlədən regionda fəaliyyət göstərən təhsil müəssisələrində innovativ mühitin formalaşması və ekosistemə yeni startapların qazandırlmasını dəstəkləməkdir.  Təlim sessiyalarından sonra fərdi və komanda formatında mentorluq görüşləri keçirildi. Növbəti mərhələdə iştirakçıların təklif etdiyi layihələrin inkişafına bootcamp şəraitində dəstək veriləcək.

 

    Paylaşın: