Sizi ELGER Elm və Tədris mərkəzinin təşkilatçılığı və AzərbaycanTürk Xalqları Qardaşlığı İctimai Birliyi, Azərbaycan Dövlət Pedaqoji
Universiteti Şamaxı Filialı, Şamaxı Heydər Əliyev Mərkəzi, Dünya Azərbaycanlıları Platformu, İsveçdəki
Azərbaycanlılar Konqresinin dəstəyi ilə Qırğızıstan və Azərbaycan arasındakı elmi-mədəni əlaqələr
çərçivəsində Qırğızıstan Cusup Balasagun Qırğız Milli Universiteti ilə birlikdə keçirilən “ACTUAL
PROBLEMS OF SCİENCE: İN THE LIGHT OF THE TURKISH WORLD AND NATIONAL
UNITY” adlı XXXIII Beynəlxalq elmi konfransda iştirak etməyə dəvət ediriik.
Konfransın keçirilmə tarixi: 24 dekabr 2022-ci il
Məqalələrin son qəbul tarixi: 18 dekabr 2022 il.
Konfransın işçi dilləri: Türkcə (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırgızıstan, Özbəkistan,
Türkmənistan Türkcəsi), rus və ingilis dilləri
Konfransın aparılma forması: onlayn (ZOOM proqramı)
Konfransın keçirilmə yeri: Bişkek / Qırğızıstan
Sertifikat: İştirakçılara ingilis dilində yazılmış beynəlxalq sertifikatlar verilir
Konfrans elmin bütün sahələrini əhatə edir. Buraya daxildir:
Fizika və astronomiya elmləri, Riyaziyyat-mexanika elmləri; Kimya və biologiya; Texnika elmləri; Tibb,
Biokimya və əczaçılıq elmləri; Yer elmləri və Goğrafiya; Aqrar Elmlər; Hərbi elmlər; Torpaqşünaslıq və
Ekologiya; Tarix və antropologiya elmləri; Hüquq elmləri; Siyasi elmlər; Pedaqoji elmlər; Psixologiya
elmləri; İqtisadi elmlər; Fəlsəfə elmləri; Filologiya elmləri; Kulturologiya; Jurnalistika və s.
Yazı qaydaları ilə elger-etm.com saytında tanış ola bilərsiniz.
Məqalələri diqqətlə gözdən keçirdikdən sonra elger.conf@mail.ru ünvanına göndərin.
Yazı qaydalarına uyğun olmayan məqalələr qəbul edilməyəcəkdir.
Məqalələrdə sonradan düzəliş tələb edilməsinə icazə verilməyəcəkdir.
Ətraflı məlumat üçün təşkilat komitəsinə müraciət edə bilərsiniz:
Email: elger.merkez@mail.com
Tel: +90 531 089 45 15 (WhatsApp). +90 551 962 30 86 (WhatsApp);

    Paylaşın: