Tələbələrimiz “İmtahan stressi və səbəbləri” təlimində iştirak etdilər.

Azərbayacan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialının tələbələri ADPU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən “İmtahan stressi və səbəbləri” adlı təlimdə iştirak etmişlər. Qeyd edək ki, mövzunu beynəlxalq təlimçi, yazar Barış Ege və ADNSU nəzdində Sənayə və texnologiya kollecinin psixoloqu Gülnar Sadiq birgə təqdim etmişlər.

Təlim diskussiya ilə davam etmiş və təlimdə fəal iştirak edən tələbələrimiz sertifikatla təltif olunmuşlar.

Paylaşın: