ADPU-nun Şamaxı filialında Sosial və xüsusi fənlər kafedrasının müəllimi Qasımova Yaqutun təqdimatında “Dünyada şirin su balansının pozulması və onun ekoloji problemləri” mövzusunda elmi-praktik seminar keçirildi.

Seminarda dünyada mövcud olan su problemləri, insan həyatı və sağlamlığı, öncəliklə də uşaqların həyatı və sağlamlığının mühafizəsi üçün ən əhəmiyyətli məsələlərdən biri olan təmiz su və onun istifadəsi, iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri, sudan istifadə sahəsində yeni qənaətcil texnologiyaların tətbiqi və su itkilərinin qarşısının alınması üçün görülməli olan tədbirlər haqqında tələbələr məlumatlandırıldı.

Sonda seminar diskussiya formasında davam etdirildi.

Paylaşın: