Sosial və pedaqoji elmlər kafedrasında tələbə elmi tədqiqat işlərinin müzakirəsi keçirildi.

Azərbaycan Dövət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə mayın 21-də Sosial və pedaqoji elmlər kafedrasında 2020-2021-ci tədris ili üzrə tələbə elmi tədqiqat işlərinin müzakirəsi keçirildi. Müzakirədə filialın rəbərliyi, kafedranın əməkdaşları , Tələbə Elmi Cəmiyyətinin idarə heyəti və tələbələr iştirak edirdilər.

Tədbirdə tədris ili ərzində seçdikləri mövzu üzrə elmi tədqiqat işi ilə məşğul olan bütün tələbələr təqdimat formasında çıxış edərək öz mövzularını təqdim etdilər. Bütün mövzular dinlədildikdən sonra kafedra müdiri, dosent Mayıl Alıcanovun və kafedra müəllimlərinin rəylərinə əsasən Tələbə Elmi Cəmiyyətinin ADPU-nun 100 və Şamaxı filialının 30 illiyinə həsr olunmuş yekun konfransında iştirak edəcək tələbələrin adları elan olundu.

Yekun konfransda iştirak edəcək bütün tələbələrimizə uğurlar diləyirik.

Paylaşın: