Novruz bayramı ərəfəsində ADPU-nun Şamaxı filialının şəhid məzunlarının ailələri ilə görüş keçirilib.

Filialın direktoru, dosent Tünzalə Yusifova və sosial və humanitar məsələlər üzrə direktor müavini Şəlalə Seyidova şəhid məzunumuz Orxan Nəbiyevin ailəsini ziyarət  edib.

ADPU-nun 100 illik yubileyi münasibətilə nəşr olunmuş ensiklopedik toplu olan “Pedaqoji Universitetin Qəhrəmanları” kitabı şəhid ailələrinə təqdim olunub. Kitabda Azərbaycan Dövlət Pedaqoji Universitetinin, həmçinin, filialımızın şəhid məzunları Orxan Nəbiyev və Elgün Əzizov , eləcə də, Vətən müharibəsində iştirak edən qəhrəman məzunlarımız haqqında məlumat öz əksini tapıb.

Şəhid məzunumuz Orxan Nəbiyevin adını daşıyan, Vətən müharibəsi iştirakçısı olmuş Əmirxan Nəbiyevin oğlunun üzündəki gülüş qürur hissimizi daha da artırdı.

Kitabın bir nüsxəsi də şəhid məzunumuz Elgün Əzizovun ailəsinə təqdim olunmuşdur.

Vətən uğrunda  canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına isə səbr diləyirik!

Paylaşın: