Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında gənclərlə görüş keçirib.

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında gənclərlə görüş keçirib. Görüşdən öncə universitetin şəhid məzunlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunub, önünə gül dəstələri düzülüb. Daha sonra filialın direktoru, dosent Tünzalə Yusifova çıxış edərək təhsil ocağına gəldiyi üçün təşəkkür edib, görüşün […]

ADPU-nun Şamaxı filialının professor-müəllim heyəti “Sosial Tədqiqatların və Fənlərarası Öyrənmənin İnteqrasiyası” III Beynəlxalq Konfransda məqalə ilə çıxış ediblər.

Aprelin 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Ordu Universiteti və ADPU-nun birgə təşkilatçılığı ilə “Sosial Tədqiqatların və Fənlərarası Öyrənmənin İnteqrasiyası” III Beynəlxalq Konqresi öz işinə başlayıb. Üç gün davam edəcək konfransda ADPU-nun Şamaxı filialının professor-müəllim heyəti onlayn formada iştirak edərək, çıxış ediblər. 

Təhsil Tələbə Krediti Fondu tərəfindən ADPU-nun Şamaxı filialının ödənişli əsaslarla təhsil alan tələbələri üçün infosessiya keçirilib. 

Təhsil Tələbə Krediti Fondu tərəfindən ADPU-nun Şamaxı filialının ödənişli əsaslarla təhsil alan tələbələri üçün infosessiya keçirilib.  Tədbirdə fondun əməkdaşı Aysel Hacıyeva qurumun yaradılmasının məqsədi, fondun fəaliyyət istiqamətləri, tələbə kreditinə müraciət qaydaları, tələbə kreditinin növləri və verilməsinin meyarları haqqında geniş təqdimatla çıxış edib. Aysel Hacıyeva çıxışında […]