Filialın tələbələri “Təhsil həyatının qovuşduğu yer” adlı qrand layihəsinin ardıcıl təlimlərindən olan Valideynlərlə işlə bağlı təlimdə iştirak etmişlər

ADPU-nun Şamaxı filialının tələbələri Bədəlova Arzu, Hümbətov Əlhüseyn, Sadıqov Qəfər, Ağazadə Fatimə, İbişova Zülfiyyə 2 saylı tam orta məktəbin müəllimi Bağırova Tünzalənin rəhbəri olduğu “Təhsil həyatının qovuşduğu yer” adlı qrand layihəsinin ardıcıl təlimlərindən olan Valideynlərlə işlə bağlı təlimdə iştirak etmişlər.

Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Hüseynova Türkan tərəfindən MİQ təlimi keçirilib.

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə buraxılış kursu tələbələri üçün növbəti maarifləndirici və praktiki yönümlü təlim təşkil olundu. Təlim Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Hüseynova Türkan Fazil qızı tərəfindən aparıldı. Tədbirin əsas məqsədi tələbələri Ədəbiyyat fənni üzrə MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanının […]

Sosial və xüsusi fənlər kafedrasının müəllimi Cəbrayılova Süsən tərəfindən MİQ təlimi keçirilib.

MİQ  imtahanlarına hazırlıq üzrə təlimlərimiz uğurla davam edir. Tarix və coğrafiya müəllimliyi ixtisasının buraxılış ili tələbələri üçün  xüsusi təşkil olunmuş növbəti  təlim sessiyamız baş tutdu. Bu dəfəki təlim, Sosial və xüsusi fənlər kafedrasının dəyərli müəllimi Cəbrayılova Süsən Eyvaz qızı tərəfindən aparılmışdır. Təlim zamanı  tələbələrə  Tarix […]