ADPU- nun Şamaxı filialında Keyfiyyət təminatı və strategiya şöbəsinin təşkilatçılığı qrant layihələrin mahiyyəti, fəaliyyət planının hazırlanması üsullarının tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin IX qrant müsabiqəsinin qalibi olmuş Tünzalə  Xudaverdi qızı Bağırova  tərəfindən   “Qrant layihələrin yazılması üsulları” adlı təlim keçirilmişdir. Təlim zamanı iştirakçılara qrant layihələrinin hazırlanmasının əsas mərhələləri, layihə ideyalarının düzgün formalaşdırılması, məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, gözlənilən nəticələrin və layihə büdcənin əsaslandırılması, həmçinin qrant müsabiqələrində iştirak zamanı diqqət yetirilməli məqamlar barədə ətraflı məlumat verilmişdir.