Dil,ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri f.f.d. Eyvaz Eminalıyev Seyid Əzim Şirvaninin 190 illik yubileyi münasibətilə keçirilən ədəbi-bədii məclisdə filialı təmsil etmişdir.

5 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialı rayonun Atakişili kənd orta məktəbində klassik Şərq poeziyasının böyük nümayəndəsi, XIX əsr maarifçilik ideyalarının ən böyük təbliğatçısı Seyid Əzim Şirvaninin 190 illik yubileyi […]

“Elmi araşdırmalar və nəticələr” adlı professor-müəllim heyətinin elmi tədqiqat işlərinin yekun konfransı keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Konstitusiya və suverenlik ili” çərçivəsində professor-müəllim heyətinin elmi tədqiqat işlərinə həsr olunmuş “Elmi araşdırmalar və nəticələr” adlı yekun konfrans keçirilib. Konfrans filialda aparılan elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsi, əldə olunan elmi nailiyyətlərin paylaşılması və gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi baxımından […]

ADPU-nun Şamaxı filialında İsi Məlikzadənin “Qatarda” hekayəsi əsasında yaradıcı drama dərsi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Hüseynova Türkanın rəhbərliyi ilə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV kurs tələbələrinin iştirakı ilə tanınmış yazıçı İsi Məlikzadənin “Qatarda” hekayəsi əsasında yaradıcı drama dərsi keçirilmişdir. Bu dərsdə tələbələr bədii mətnin dərin […]