5 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialı rayonun Atakişili kənd orta məktəbində klassik Şərq poeziyasının böyük nümayəndəsi, XIX əsr maarifçilik ideyalarının ən böyük təbliğatçısı Seyid Əzim Şirvaninin 190 illik yubileyi münasibətilə ədəbi-bədii məclis keçirmişdir. Filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev filialı təmsil edərək “XIX əsr Şirvan ədəbi-mədəni mühiti: Seyid Əzim Şirvani və Mahmud ağa” mövzusunda məruzə ilə çıxış etmişdir. O, məruzəsində XIX əsr Şamaxı şairləri, Seyid Əzim Şirvaninin yaradıcılığı, “Beytüs-səfa” ədəbi məclisi, xeyriyyəçi, şair və muğam bilicisi Mahmud Ağanın bu sahədə göstərdiyi xidmətləri, S.Ə.Şirvani ilə ədəbi dostluq münasibətlərindən bəhs etmişdir.

