Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Hüseynova Türkanın rəhbərliyi ilə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV kurs tələbələrinin iştirakı ilə tanınmış yazıçı İsi Məlikzadənin “Qatarda” hekayəsi əsasında yaradıcı drama dərsi keçirilmişdir.

Bu dərsdə tələbələr bədii mətnin dərin mənasını qavramaqla yanaşı, obrazların daxili aləmini hiss etmək, hadisələrin dramatik məqamlarını səhnələşdirmək və mətnlə interaktiv şəkildə işləmək imkanı əldə etmişlər. Yaradıcı drama metodundan istifadə etməklə tələbələr ədəbi təhlili fərqli prizmadan dəyərləndirmiş, həm də pedaqoji bacarıqlarını inkişaf etdirmişlər.

Dərs, müasir tədris texnologiyalarının ədəbiyyat fənninə tətbiqi baxımından mühüm nümunə olmaqla, tələbələrin yaradıcı və tənqidi təfəkkürünün inkişafına xidmət etmişdir.