Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında İnformasiya və Kommunikasiya Texnologiyaları şöbəsinin təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyi” mövzusunda seminar keçirilib. Tədbiri giriş sözü ilə filialın direktoru, dosent Tünzalə Yusifova açaraq informasiya təhlükəsizliyinin müasir dövrdə aktuallığından, rəqəmsal mühitdə məlumatların qorunmasının əhəmiyyətindən danışıb və bu istiqamətdə maarifləndirmə tədbirlərinin vacibliyini […]
