Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında “Məzun Günü” tədbiri keçirilib. Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti, məzunlar, tələbələr və onların valideynləri iştirak ediblər. Tədbirdən əvvəl filialın həyətyanı sahəsində yerləşən şəhid məzunların xatirəsinə həsr olunmuş abidə ziyarət olunub, önünə tər güllər düzülərək əziz xatirələri ehtiramla yad edilib. […]
