14 noyabr 2025-ci il tarixində Təhsil Tələbə Krediti Fondunun təşkilatçılığı ilə məsul şəxslər üçün “Hədəflərə yönəlik şəxsi inkişaf proqramı” çərçivəsində “Liderlik və komanda idarəçiliyi” mövzusunda təlim keçirilmişdir. Təlimdə ali, orta ixtisas və peşə təhsili müəssisələrinin e-ttkf.edu.az portalı üzrə təyin olunmuş məsul şəxslər iştirak etmişdir.
Tədbirin açılışında Fondun İdarə Heyətinin sədr müavini Rüfət Tağızadə Fondun fəaliyyəti, həyata keçirilən layihələr, tələbələr üçün yaradılan imkanlar və kredit mexanizminin əhatə dairəsi barədə məlumat verib. Təlimi Leyla Rəhimova təşkil edərək, mövzunu praktiki nümunələrlə izah etmişdir.
ADPU-nun Şamaxı filialının Pedaqoji fakültə dekanı, baş müəllim Qahirə Lələ qızı Şahbazova tədbirdə iştirak etmiş və sertifikatla təltif olunmuşdur. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuş, gələcəkdə təhsil müəssisələri ilə əməkdaşlığın gücləndirilməsi və portal üzrə iş bacarıqlarının artırılması məqsədilə bu kimi görüşlərin davam etdiriləcəyi qeyd edilmişdir.






