Noyabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) YÖKAK, TKTA, ADPU, Sakarya və Çankaya universitetlərinin birgə təşkilatçılığı ilə “Ali Təhsildə Keyfiyyət üzrə Beynəlxalq Konfrans (ICQH)” və “Beynəlxalq Müəllim Hazırlığı Konfransı (ITEC)”nin açılış mərasimi keçirilib. Tədbirdə elm və təhsil ictimaiyyətinin nümayəndələri, ali məktəb rəhbərləri, millət vəkilləri, diplomatik korpusların təmsilçiləri müxtəlif ölkələrdən alimlər o cümlədən ADPU-nun Şamaxı filialının əməkdaşları Sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d. Şəlalə Seyidova, Pedaqoji fakültə dekanı baş müəllim Qahirə Şahbazova, Tədris şöbəsinin müdiri baş müəllim Ruqiyyə Babaşova və Keyfiyyətin təminatı şöbəsinin mütəxəssisi Təranə Mütəllimova da iştirak ediblər. İlk olaraq Konfransın koordinatorları – Sakarya Universitetindən prof. Aytekin İşman və ADPU-dan dos. Eldar Aslanov hazırlıq prosesi barədə məlumat veriblər. Bildirilib ki, ICQH konfransına 210-dan çox, ITEC-ə isə […]
