Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialına ən yüksək balla qəbul olunan tələbəyə Tələbə Həmkarlar İttifaqı Komitəinin (ADPU THİK) birdəfəlik xüsusi təqdaüdləri təqdim olunub.

Təqdimat mərasimində ADPU-nun rektorun professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova, Quba filialının direktoru professor Yusif Alıyev, Şəki filialının direktoru dosent Vurğun Məmmədov, Ağcabədi filialının direktoru dosent Mobil Məcidov, Cəlilabad filialının direktoru dosent Xudayar Sultanlı, Magistratura və doktorantura şöbəsinin müdiri, s.e.ü.f.d. Rəşad Sadıqov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev, ADPU THİK sədri Cəmilə  Qurbanova və cari tədris ilində ADPU-nun bakalavriat və magistratura səviyyələrinə, eləcə də ADPU- nun Şamaxı  filialına ən yüksək nəticə ilə qəbul olunmuş Hidayətli Zəhra da  iştirak edib.

Qeyd edək ki, 2025/2026-cı tədris ilindən etibarən ADPU THİK tərəfindən hər il bakalavriat səviyyəsi üzrə ixtisas seçimində birinci yerdə  ADPU-nun filiallarına ən yüksək balla qəbul olunan tələbələrə  500 AZN məbləğində birdəfəlik xüsusi təqaüd verilir.

Görüşdə tələbələr gələcək planları, təhsil istiqamətləri və hədəfləri barədə fikirlərini bölüşüb, müəllimliyin onlar üçün cəmiyyətə fayda vermək missiyası olduğunu vurğulayıblar.
Sonda tələbələrə müvafiq təqaüdlər və sertifikatlar təqdim olunub.

Tələbəmiz  Hidayətli Zəhranı təbrik edir, təhsil yolunda uğurlar arzu edirik.