Moodle LMS-də tələbə hesablarına daxil olma və yaranan çətinliklər

ADPU Şamaxı filialında İKT şöbəsi tərəfindən keçirilən seminar zamanı Moodle LMS platformasında hesaba daxil olma və faylların yerləşdirilməsi qaydaları izah edilmişdir. Seminar çərçivəsində son dövrlər tələbələrin fayl ölçüsünün böyük olması səbəbindən qarşılaşdıqları yükləmə problemləri müzakirə edilmiş, bu problemin həlli kimi Microsoft OneDrive üzərindən faylların yerləşdirilməsi […]

“Gender əsaslı zorakılığa qarşı mübarizə” mövzusunda dəyirmi masa

Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və rayonda fəaliyyət göstərən idarə və müəssisə rəhbərlərinin iştirakı ilə “Gender əsaslı zorakılığa qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirilib. Tədirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının müavini- rayon icra hakimiyyətində fəaliyyət göstərən Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun sədri Mehriban Eyubova, ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova, Şamaxı Dövlət Regional Kollecin direktoru İlham Vəliyev, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfail Tağızadə, rayon Ağsaqqallar Şurasının üzvü Nəzakət Abdurazaqova, rayon Ağsaqqallar Şurasının sədri dosent Mayıl Alıcanov, SXA-nin Dağlıq Şirvan Regional fililalının müdiri Vüsal Məmmədov və Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin müdiri Yeganə Əsgərova ölkəmizdə hər sahədə gender bərabərliyinin qorunduğunu, tarix boyu Azərbaycan qadınının milli- mənəvi dəyərlərinin daşıyıcısı olaraq günümüzdə də müxtəlif sahələrdə söz sahibinə […]

“Xatirələrdə yaşayan Lider”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının (ADPU) “Kitabxana və elektron resurslar şöbəsi”ndə Ümummilli Lider Heydər Əliyevin Anım günü münasibətilə “Xatirələrdə yaşayan Lider” adlı diskussiya keçirildi. Kitabxana və elektron resurslar şöbəsinin müdiri V.N.Razimi diskussiyanı giriş sözü ilə açaraq oxuculara Heydər Əliyevin həyat yolu,  dövlətçilik fəaliyyətinin əsas […]