ADPU-nun Şamaxı filialının müəllimləri – Sosial və xüsusi fənlər kafedrasının müdiri b.f.d. Əkbəri Təranə və Dil- ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Hüseynova Türkan ixtisasları ilə bağlı beynəlxalq “Course” təlimlərinə qoşulmuş və sertifikat əldə etmişlər. Əməkdaşlarımızı təbrik edir və uğurlarının davamlı olmasını arzulayırıq.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında ilk dərs saatları 27 sentyabr Anım gününün beşinci ildönümünə həsr olundu. Dərslər şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Müəllim və tələbələr çıxış edərək, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, xalqımızın birliyindən və şəhidlərimizin […]
2025–2026-cı tədris ilinin başlanması ilə əlaqədar olaraq filialın bütün kafedralarında ilk iclaslar keçirilmiş və qarşıda duran vəzifələrin icrasına başlanılmışdır. İclaslarda tədris prosesinin təşkili, tədris-ilinin fəaliyyətin planlaşdırılması və yeni tədris ilinə hazırlıq məqsədilə aşağıdakı işlər yerinə yetirilmişdir: 2025-2026-cı tədris ili üzrə illik Fəaliyyət Planı müzakirə olunaraq […]
