ADPU-nun Şamaxı filialında tələbələrin müəllimdən məmnunluq sorğusu barədə maarifləndirmə işləri aparılmışdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Keyfiyyətin təminatı şöbəsi tərəfindən tələbələrin müəllimdən məmnunluq sorğusu barədə maarifləndirmə işləri aparılmışdır. Tələbələr sorğuda göstərilən meyarlar barədə məlumatlandırılmış və onları maraqlandıran  suallar cavablandırılmışdır.

ADPU-da Keyfiyyət komissiyası və Keyfiyyətin təminatı şöbəsi nəzdində fəaliyyət göstərən işçi qrup üzvləri ilə birgə iclas keçirilib.   

ADPU-nun Şamaxı filialının Keyfiyyətin Təminatı  Şöbəsinin müdiri Ruqiyyə Babaşova ADPU-nun rektoru yanında Keyfiyyət komissiyası və Keyfiyyətin təminatı şöbəsi nəzdində fəaliyyət göstərən işçi qrup üzvləri ilə birgə iclasda iştirak edib.        İclas Keyfiyyət komissiyasının sədri, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanovun giriş sözü ilə […]

Keyfiyyətin Təminatı Şöbəsinin yeni tədris ilində ilk iclası

14.09.2023-cüil tarixində Keyfiyyətin Təminatı Şöbəsinin yeni tədris ilində ilk iclası keçirildi. İclasda 2022-2023-cü tədris ilində  iş planı üzrə yerinə yetirilən və yeni tədris ilində görüləcək işlər  haqqında şöbənin müdiri Ruqiyyə Babaşova çıxış edərək hesabat xarakterli məlumat verdi. İclasda qonaq qismində iştirak edən Humanitar və sosial […]