ADPU-nun Şamaxı filialının Keyfiyyətin Təminatı Şöbəsinin müdiri Ruqiyyə Babaşova ADPU-nun rektoru yanında Keyfiyyət komissiyası və Keyfiyyətin təminatı şöbəsi nəzdində fəaliyyət göstərən işçi qrup üzvləri ilə birgə iclasda iştirak edib. İclas Keyfiyyət komissiyasının sədri, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanovun giriş sözü ilə başladı. O qeyd etdi ki, Keyfiyyət komissiyasının sistemli şəkildə təşkil olunması aktual məsələyə çevrilmişdir.
İclasda reytinq qiymətləndirilməsi, bununla bağlı məmnuniyyət sorğusu və müəllimlərin kodlaşdırılması ilə bağlı bir sıra məsələlərə toxunuldu.


