“Gələcək Sənsən” adlı motivasiya və karyera inkişafı təlimi keçirilmişdir

25 noyabr 2024-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının akt zalında mühüm maarifləndirici tədbir baş tutmuşdur. Filialın Tələbə Gənclər Təşkilatının və “Karyera Mərkəzi”nin təşəbbüsü və təşkilatçılığı ilə təlimçi Səddam Məhəmmədin iştirakı ilə “Gələcək Sənsən” adlı təlim keçirilmişdir. Təlimin əsas məqsədi tələbə və gənclərin […]

ADPU-nun  Şamaxı filialında “CV hazırlanması” mövzusunda təlim keçirilmişdir.

ADPU-nun  Şamaxı filialında sonuncu tədris ili tələbələrinə “CV hazırlanması” təlimi keçirilmişdir. Gənclərin İnkişaf və Karyera Mərkəzinin təlimçisi Teymur Alışanov tərəfindən keçirilən təlim zamanı iştiarakçılara effektiv CV hazırlama texnikaları, vakansiyaya uyğun CV hazırlanması, qrup işi və CV hazırlamaq üçün istifadə olunan saytlar haqqında ətraflı məlumat verildi.

Zəfər Günü ərəfəsində ADPU-nun Şamaxı filialının kollektivi filialın Şəhid məzunlarının məzarlarını ziyarət edib. 

Zəfər Günü ərəfəsində ADPU-nun Şamaxı filialının kollektivi filialın Şəhid məzunları Nəbiyev Orxan və Əzizov Elgünün məzarlarını ziyarət edib. Onu da qeyd edək ki, filialın direktoru dosent Tünzalə Yusifova ADPU-nun qəhrəman şəhidlərinə həsr olunmuş, içərisində filialımızın şəhidləri haqqında məlumat da yer alan “Zəfərnamə” kitabını şəhidimizin anasına […]