ADPU-nun Şamaxı filialının tanıtımı məqsədilə Qobustan şəhərində görüşlər keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının növbəti tədris ilində   tələbə  qəbuluna hazırlıq, tələbə kontingentinin kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsi  məqsədilə  Qobustan şəhərində orta məktəblərdə  Şamaxı filialının tanıtım görüşləri keçirilmişdir.  Görüşdə filial ilə bağlı geniş məlumat verilmiş,  videoçarx nümayiş etdirilmiş və iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.

Pedaqogika və psixologiya kafedrasının müəllimi Qurbanlı Sara tərəfindən MİQ təlimi keçirilib.

İbtidai sinif müəllimliyi ixtisasının buraxılış ili tələbələr üçün  maarifləndirici təlim təşkil olunub. Təlim Pedaqogika və psixologiya kafedrasının müəllimi Qurbanlı Sara tərəfindən aparılıb. Təlimin əsas məqsədi tələbələri  Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanına hazırlamaq, onlara bu prosesdə yol göstərəcək praktiki və nəzəri bilikləri təqdim etmək olub. Təlim […]

Riyaziyyat və kompüter elmləri kafedrasının  müəllimi Nərmanov Rasim  tərəfindən MİQ təlimi keçirildi.

İbtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alan buraxılış kursu tələbələri üçün xüsusi təşkil olunmuş növbəti təlim sessiyası baş tutdu. Təlim Riyaziyyat və kompüter elmləri kafedrasının  müəllimi Nərmanov Rasim  tərəfindən yüksək peşəkarlıqla aparılmışdır. Təlimin əsas məqsədi tələbələri müəllimlərin işə qəbulu (MİQ) imtahanına daha effektiv şəkildə hazırlamaq, […]