İbtidai sinif müəllimliyi ixtisasının buraxılış ili tələbələr üçün  maarifləndirici təlim təşkil olunub. Təlim Pedaqogika və psixologiya kafedrasının müəllimi Qurbanlı Sara tərəfindən aparılıb.

Təlimin əsas məqsədi tələbələri  Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanına hazırlamaq, onlara bu prosesdə yol göstərəcək praktiki və nəzəri bilikləri təqdim etmək olub. Təlim zamanı Kurikulum üzrə proqram çərçivəsi, sual formatları və qiymətləndirmə meyarları haqqında ətraflı məlumat verilib. Bununla yanaşı ötən illərə aid MİQ imtahanlarının sınaq testləri nəzərdən keçirilib və real tapşırıqların nümunələri üzərində birgə müzakirələr aparılıb.

Təlimin sonundaisə tələbələri maraqlandıran suallar cavablandırılıb, onlara əlavə tövsiyyələr və metodiki göstərişlər verilib.