Şamaxıda 27 sentyabr – Anım Günününə həsr olunmuş tədbirdə şəhidlərin əziz xatirəsi yad edilib.

27 sentyabr – Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi rayon ictimaiyyətinin nümayəndələri tərəfindən yad edilib. Tədbirin rəsmi hissəsində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, rayon Ağsaqqallar […]

ADPU-nun Şamaxı filialında ilk dərs saatlarında Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olundu

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında ilk dərs saatları  27 sentyabr Anım günününə həsr olundu. Dərslər şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Müəllim və tələbələr çıxış edərək, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, xalqımızın birliyindən və şəhidlərimizin əbədi qəhrəmanlığından danışıblar.

ADPU-nun Şamaxı filialında “Əbədi Yaddaş və Qəlbimizdə Yaşayan Qəhrəmanlar” mövzusunda tədbir keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Əbədi Yaddaş və Qəlbimizdə Yaşayan Qəhrəmanlar” mövzusunda tədbir keçirilib. Tədbirdə qonaq qismində Vətən müharibəsi iştirakçıları-şəhid Ziyad Zərbalıyevin anası Pakizə Zərbalıyeva, şəhid Nazim Beydiyevin anası Aidə Beydiyeva, həmçinin Azərbaycan Vətən müharibəsi Veteranları […]