Tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalına (FIFA U-15 World Cup and Festival) Bakı ev sahibliyi edib.
15 yaşadək oğlanlar arasında keçirilmiş futbol üzrə ilk dünya çempionatı və festivalının rəsmi açılış mərasimini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino izləyiblər.
FİFA-nın təşkilatçılığı ilə dünya üzrə ilk dəfə Azərbaycanda keçirilən U-15 Dünya Çempionatı və Festivalı 15 yaş və 15 yaşadək uşaqlar arasında keçirilən, 189 ölkənin iştirak etdiyi iri miqyaslı beynəlxalq tədbir kimi tarixə düşmüşdür.
Bu böyük tədbirin təşkilində Azərbaycan Pedaqoji Universitetinin Şamaxı filialının 5 tələbəsi Jalə Sadıqova, Çinarə Səfərova, Ömər Quluzadə, Samirə Həsənova və məzun tələbəmiz Ülviyyə Şahmuradova könüllü olaraq iştirak etmişlər. Gənclərimiz Partnership, Workforce və Access Control komandaları üzrə tapşırıqları uğurla icra etmiş və tədbirin sonunda sertifikatlar əldə etmişlər.
Ölkəmizin ev sahibliyi etdiyi bu mötəbər beynəlxalq tədbirin iştirakçısı olmuş tələblərimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində də uğurlar arzu edirik. Filial olaraq tələbərimizin sosial aktivliyini daima dəstəkləyirik.













