ADPU-nun Şamaxı filialında “Şərq intibah poeziyasının Xaqanı” adlı Respublika elmi-praktik konfransı keçirilib

Noyabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində öz işinə başlayan, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş “Şərq intibah poeziyasının Xaqanı” adlı Respublika elmi-praktik konfransı öz işini ADPU-nun Şamaxı filialında davam etdirib. Filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü […]