ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova şəhid Dünyəmalıyev Rüstəm Nəriman oğlunun ailəsini ziyarət edib.

ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova antiterror əməliyyatı zamanı şəhid olmuş Dünyəmalıyev Rüstəm Nəriman oğlunun ailəsini ziyarət edib. Ziyarət zamanı şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, ailəsinə diqqət və qayğı göstərilib. Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı xalqımızın yaddaşında […]

“Suverenliyimiz dövlətçiliyimizin təməli, gələcəyimizin təminatıdır” mövzusunda tədbir keçirilib

  ADPU-nun Şamaxı filialının Sosial və xüsusi fənlər kafedrasının təşkilatçılığı ilə “Şəhərsalma və memarlıq ili” çərçivəsində 20 sentyabr Azərbaycan Respublikasında Dövlət Suverenlik Gününə həsr olunmuş  “Suverenliyimiz dövlətçiliyimizin təməli, gələcəyimizin təminatıdır” mövzusunda tədbir keçirilib. Sosial və humanitar məsələlər üzrə direktor müavini, p.f.d. Şəlalə Seyidova çıxış edərək qeyd edib […]

ADPU-nun Şamaxı filialında 2026/2027-ci tədris ili üzrə yeni qəbul olunmuş tələbələr üçün “Oriyentasiya görüşü” keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 2026/2027-ci tədris ili üzrə yeni qəbul olunmuş tələbələr üçün “Oriyentasiya görüşü” keçirilib. Tədbirin əsas məqsədi birinci kurs tələbələrinin ali təhsil mühitinə daha asan uyğunlaşmasına şərait yaratmaq, onları filialın fəaliyyəti, tədris prosesi, daxili nizam-intizam qaydaları, tələbə hüquq və vəzifələri, […]