Aprelin 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Ordu Universiteti və ADPU-nun birgə təşkilatçılığı ilə “Sosial Tədqiqatların və Fənlərarası Öyrənmənin İnteqrasiyası” III Beynəlxalq Konqresi öz işinə başlayıb. Üç gün davam edəcək konfransda ADPU-nun Şamaxı filialının professor-müəllim heyəti onlayn formada iştirak edərək, çıxış ediblər.
