Dil, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Hüseynova Türkan Beynəlxalq seminarda iştirak edib.

08 fevral 2026-cı il tarixində Dil, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Hüseynova Türkan Fazil qızı Türkiyə Cumhuriyyəti Düzce Universitetinin Fəlsəfə fakültəsi tərəfindən təşkil olunan Fuko: Bir Yanaşma Cəhdi (Fuko: Bir Yaklaşma Çabası) adlı seminarda iştirak etmişdir.

Azərbaycanın sülh diplomatiyası qlobal əməkdaşlıq və regional sabitlik kontekstində

Müəllif Sosial və xüsusi fənlər kafedrasının müdiri,  b.f.d. Təranə Mayıl qızı Əkbəri.   Müasir beynəlxalq münasibətlər sistemində sülhün təşviqi, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi qlobal təhlükəsizlik arxitekturasının əsas sütunlarından biri hesab olunur. XXI əsrdə dünyada baş verən mürəkkəb geosiyasi proseslər fonunda dialoq mədəniyyətinin təşviqi, humanist […]

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının Məzun Assosiasiyasının iclası keçirildi.

4 fevral 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Məzun Assosiasiyasının iclası baş tutmuşdur. İclasda filialın rəhbərliyi, professor-müəllim heyəti və filialın müxtəlif illər üzrə məzunları iştirak etmişlər. Tədbirdən öncə filialın ərazisində şəhid məzunların xatirəsinə ucaldılmış abidə ziyarət edilmiş, Vətən uğrunda canlarından keçmiş məzunların […]