ADPU-nun Şamaxı filialında “Xocalı yaddaşımızda və ədəbiyyatımızda” mövzusunda oxucu diskussiyası keçirildi.

ADPU-nun Şamaxı filialının “Kitabxana və elektron resurslar” şöbəsinin təşkilatçılığı ilə  Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Xocalı yaddaşımızda və ədəbiyyatımızda” mövzusunda oxucu diskussiyası keçirildi. Tədbir iştirakçıları ilk olaraq faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şöbənin müdiri Vəsilə Razimi  diskussiyanı giriş sözü ilə […]

ADPU-nun Şamaxı filialında “Akademik məsləhətçi təlimi”ni uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olundu.

Pedaqoji fakültənin dekanı, “Riyaziyyat və kompüter elmləri” kafedrasının baş müəllimi Şahbazova Qahirə Lələ qızının təşkilatçılığı ilə keçirilən tyutorlar (akademik məsləhətçilər) və tədris-köməkçi heyət üçün “Akademik məsləhətçi təlimi”ni uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olundu.    

Kafedranın müəllimi Türkan Hüseynova “Niyə fəlsəfə?” (“Neden felsefe?”) adlı mühazirədə iştirak etmişdir.

ADPU-nun Şamaxı filialının Dil, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Türkan Fazil qızı Hüseynova 24 fevral 2026-cı il tarixində “Çəkiclə fəlsəfə” (“Çekiçle felsefe”) adlı YouTube kanalında canlı təşkil olunan “Niyə fəlsəfə?” (“Neden felsefe?”) adlı mühazirədə iştirak etmişdir.