Əziz tələbələr! 5 Dekabr – Beynəlxalq Könüllülər Günü kimi qeyd edilir. ADPU Şamaxı filialının könüllüləri, sizi könüllü fəaliyyətiniz münasibəti ilə “könüldən” təbrik edirik! Elm və ictimai fəaliyyətinizdə uğurlar diləyirik. #adpushamaxi #adpukonulluleri

ADPU-nun Şamaxı filialında AMEA-nın 80 illik yubileyinə həsr olunmuş sərgi keçirildi.

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Kitabxana və elektron resurslar şöbəsinin təşkilatçılığı ilə elmi-nəzəri əhəmiyyət daşıyan sərgi keçirilmişdir. Sərginin açılışında filialın direktoru dosent Tünzalə Yusifova çıxış edərək AMEA-nın ölkəmizin elmi-pedaqoji mühitindəki xüsusi rolunu vurğulamışdır. O qeyd etmişdir […]

“Süleyman Sani Axundovun 150 illiyi – Ədəbi irsə həsr olunmuş oxucu disputu”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında “Kitabxana və elektron resurslar şöbəsi”ndə  görkəmli Azərbaycan dramaturqu, nasir, maarif xadimi, yazıçı və pedaqoq Süleyman Sani Axundovun anadan olmasının 150 illik yubileyi münasibətilə “Süleyman Sani Axundov – Ədəbi irsin 150 ili” adlı oxucu disputu keçirildi. Həmçinin, kitabxanada bu münasibətlə xüsusi […]