6 Noyabrda əyani, 7–8 Noyabrda isə onlayn formatda davam edən “Qələbənin 5-ci ildönümünə həsr olunmuş beynəlxalq elmi-araşdırmalar konfransı” çərçivəsində keçirilən bölmə iclasları elmi məzmunu və maraqlı müzakirələri ilə seçilib.
Bütün bölmələrin işində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova və İKSAD İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri Əlvan Cəfərov iştirak edərək çıxışları dinləyib və iştirakçılara öz dəyərli fikirlərini çatdırıblar.
Əyani formada keçirilən bölmələr və moderatorları:
- Bölmə 1: Dosent Elburus Vəliyev (Naxçıvan Dövlət Universiteti)
- Bölmə 2: Dosent Gülşən Novruzova (Azərbaycan Dövlət Pedaqoji Universiteti)
- Bölmə 3: P.e.d. Firidə Mustafayeva (ADPU Şamaxı filialı)
- Bölmə 4: Dosent Eyvaz Eminaliyev (ADPU Şamaxı filialı)
- Bölmə 5: Dosent Subhan Talıblı (ADPU Şamaxı filialı)
Konfransın sonunda bölmə sədrlərinin hesabatları dinlənilib, yekun qiymətləndirmələr aparılıb. Bölmə iclasları elmi fikir mübadiləsi, yeni tədqiqatların təqdimatı və beynəlxalq əməkdaşlıq baxımından faydalı platforma kimi yadda qalıb.










