ADPU-nun Şamaxı filialının “Kitabxana və elektron resurslar şöbəsi”ndə Şanlı Zəfərin 5 illiyi münasibətilə keçirilən silsilə tədbirlərdə fəal iştirak edən tələbələrə sertifikatlar təqdim olunub. Qeyd edək ki, “Kitabxana və elektron resurslar şöbəsi” tərəfindən irəli sürülən bu kimi təşəbbüslər tələbələrin ictimai fəallığının artırılmasına, onların vətənpərvər ruhda formalaşmasına və gələcək tədbirlərdə daha aktiv iştirakına stimul verir.





