ADPU-nun Şamaxı filialının Karyera Mərkəzinin təşkilatçılığı ilə Məktəbəqədər təhsil ixtisasının məzunları ilə onlayn görüş keçirilmişdir. Tədbirin əsas məqsədi Məktəbəqədər təhsil ixtisası üzrə təhsil almış məzunları bir araya gətirərək onların peşəkar təcrübələrini tələbələrlə bölüşmək, eyni zamanda tələbələrin karyera planları və gələcəkdəki peşə fəaliyyəti barədə fikir mübadiləsi aparmaq idi.

Görüşün açılışında filialın direktoru dosent Tünzalə xanım Yusifova tədbir iştirakçılarını salamlayaraq, öncə təhsil aldıqları ixtisasın önəminə və cəmiyyətə olan töhfələrinə toxundu. O, Məktəbəqədər təhsil sahəsində fəaliyyət göstərən məzunların əldə etdikləri təcrübələrin gələcək nəsil tərbiyəçiləri üçün böyük dəyər daşıdığını vurğuladı. Dos. Tünzalə Yusifova, həmçinin görüşün əsas məqsədinin tələbələrin öz karyera yollarını müəyyənləşdirmələrinə dəstək olmaq və məzunların təcrübələrindən faydalanmaq olduğunu qeyd etdi.

Tədbirdə çıxış edənlər bildirdilər ki, məzunların rəy və təklifləri əmək bazarının tələblərini nəzərə alaraq ixtisas üzrə yeni təhsil proqramının hazırlanmasında mühüm rol oynayır.

Görüşdə həmçinin, məzunlar təcrübələrini bölüşərək, öz karyera yolunda qarşılaşdıqları çətinliklər və nailiyyətləri ilə bağlı təcrübələrini tələbələrlə paylaşıblar. Bu, tələbələrə gələcəkdə öz iş dünyasında qarşılaşa biləcəkləri çətinlikləri anlamağa və onlara hazırlıqlı olmağa kömək etdi. Eyni zamanda, tələbələr peşəkar həyatda qarşılaşacaqları mövcud çağırışlar və onlara necə uyğunlaşa biləcəkləri barədə suallar verib, məzunlardan praktiki məsləhətlər aldılar.

Görüşün sonunda Tünzalə xanım  tədbir iştirakçılarına və təşkilatçılara təşəkkür edərək, belə görüşlərin müntəzəm olaraq keçirilməsinin əhəmiyyətini vurğuladı və gələcəkdə tələbələrin uğurlu karyera inkişafı üçün bütün lazımi dəstəyin göstəriləcəyini bildirdi.