Şanlı Qələbənin 5-ci ildönümü ərəfəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova torpaqlarımızın azadlığı uğrunda canından keçmiş igid Vətən oğullarının xatirəsini ehtiramla yad edib. Vətən müharibəsi şəhidləri – Ziyad Zərbalıyev, Zahir Manafov və Tərlan Amanaliyevin anım mərasimlərində şəhidlərin məzarları ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Tünzalə Yusifova şəhid ailələrinin üzvlərinə başsağlığı diləyərək qeyd edib ki, bu igid oğullarımız Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalıblar. Onların göstərdiyi rəşadət gənclər üçün əsl vətənpərvərlik nümunəsidir. Şəhidlərimizin müqəddəs xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq və gələcək nəsillərə qürur mənbəyi olacaqdır. Şamaxı filialı da öz növbəsində şəhidlərimizin, o cümlədən məzun şəhidlərin xatirəsini hər zaman əziz tutur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.



