Tələbələrlə səmimi söhbət

Görüşün ən maraqlı hissələrindən biri tələbələrin fəal iştirakı və filologiya elmləri doktoru, professor, tanınmış şairə Mahirə Nağıqızıya ünvanladıqları səmimi suallar oldu. Gənclərin ədəbiyyata və yaradıcılığa marağı görüşə xüsusi ruh qatdı.

Filoloq alim, tanınmış şairə Mahirə Nağıqızının tələbələrlə görüşü keçirilib

Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının birgə təşkilatçılığı ilə Şamaxı Rayon Mədəniyyət Mərkəzində filologiya elmləri doktoru, professor, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, tanınmış şairə Mahirə Nağıqızının filialın tələbələri ilə görüşü keçirilib. Görüş ədəbi-bədii, elmi və mənəvi məzmunu ilə seçilib, iştirakçılar arasında dərin maraq doğurub. Tədbirdən öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, onun xatirəsini ehtiramla yad ediblər. Bu an həm ədəbi-bədii görüşün mənəvi atmosferinə, həm də tədbirin ümumi ruhuna xüsusi məna qatıb. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbər şəxsləri, Şamaxı rayonunun təhsil və ictimaiyyət nümayəndələri, eləcə də filialın rəhbərliyi, professor-müəllim heyəti, tələbə və məzunları iştirak ediblər. Görüşü giriş sözü ilə açan Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və ADPU Şamaxı filialının direktoru, dosent […]

Tünzalə Yusifova şəhidlərin anım mərasimlərində iştirak edib

Şanlı Qələbənin 5-ci ildönümü ərəfəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova torpaqlarımızın azadlığı uğrunda canından keçmiş igid Vətən oğullarının xatirəsini ehtiramla yad edib. Vətən müharibəsi şəhidləri – Ziyad Zərbalıyev, Zahir Manafov və Tərlan Amanaliyevin anım mərasimlərində şəhidlərin məzarları ziyarət olunub, üzərinə gül […]